AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 29.03.2024, 18:35
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
29.03.2024
18:35


Axtarmaq
Главная » 2011 » Июль » 3 » Albert Camus sözləri
21:57
Albert Camus sözləri
 
                                                                  
                                                        
 
 
 
Ədalət olmadan nizam olmaz.

Çıxıb gedənə hər şey yumor, qalıb gözləyənə hər şey şeirdir.

Əxlaqa dair nə bilirəmsə bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi.

Bir adam arvadına avtomobilinin qapısını açırsa əmin ola bilərsiniz: Ya avtomobili yenidir, ya da arvadı.

Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis taleyə qarşı döyüşmələrini istəyirdim.

Alçalmaq yüksəlməkdən çox daha asandır.

Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır.

Eşq ağıllı axmaq seçmədən bütün insanlara keçən bir xəstəlikdir.

Bacardığımız hər iş bizi kölələşdirər, çünki daha yaxşısını etməyə məcbur edər.

Müvəffəqiyyət asan əldə edilər, çətin olan müvəffəqiyyətə layiq olmaqdır.

Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Hamısı bu..

Bəzilərinin yalnız normal olmaq üçün nə böyük səy göstərdiyini kimsə fərq etmir.

Bir insan söylədikləri qədər söyləmədikləri ilə də insanlaşar.

Bir insanı sevmək onunla birlikdə yaşlanmağa razı olmaqdır.

Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir.

Bir yazaram. Mən deyil, qələmim düşünər, xatırlayar ya da əhatə edər.

Bu dünyada ən böyük günah, insanların fikirlərindən qaçması deyilsə, nədir?

Bu gün anam öldü və ya dünən, tam xatırlamıram.

Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır.

Müasir siyasi cəmiyyət insanları bədbəxtliyə salma maşınıdır.

Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır.

Dünya işıqlıq olsaydı, sənət olmazdı.

Dünyada hər pislik, demək olar ki hər vaxt cəhalətdən gəlir.

Zamanımdan ayrıla bilməyəcəyimi anlayanda, onunla birləşməyə qərar verdim.

İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var.

Yazılan hər şey yaşana bilməz, amma insan bunu etməyi sınaya bilər.

Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı incitməsinə etiraz etmək.

Yazıçı öz sənətini böyük edən bu iki vəzifəni yüklənməlidir; gerçəyi və azadlığı.


Yaşamanın dadını çıxarmaqdan qorxana axmaq deyərəm.

Yaşamaq öz başına bir dəyər mühakiməsidir. Nəfəs almaq isə; mühakimə etməkdir.

Yaşamaq ümidsizliyi yoxsa yaşamaq eşqi də yoxdur.

Yaradıcı olaraq ölümün özünə həyat verdim. Ölmədən əvvəl etdiyim şey bu.

Ya zamanla birlikdə yaşar ölərsən, ya daha böyük bir həyat uğruna zamanın xaricinə çıxarsan.

Ya bütün çırpınmalarını aşan daha yüksək bir mənası vardır bu dünyanın, ya da bu çırpınmalardan başqa heç bir şey gerçək deyil.

Şərəfini bir tərəfə buraxan inqilab bu duyğunun suveren olduğu qaynaqlarına xəyanət etmiş olar.


Sevməyin sərhədi ola bilməz.

Sözün gəlişi 'dostlarım' deyirəm, dostum yox artıq, yalnız günah ortaqlarım var. Onların da sayı çox artdı, bütün insanlar günah ortağım mənim. Ən başda da siz gəlirsiniz. Kim yanımdadırsa birinci odur.

Sənət zorbalığa qarşıdır.

Sənət məncə çox sayda insanı ortaq ağrılar və sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır.

Rəsmi tarix mövcud olmuş ən böyük qatillərin tarixidir. Qabil Habili bu gün öldürmüş deyil, amma bu gün Qabil Habili ağıl uğruna öldürür və qürur medalı istəyir.

Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür.

Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdə, ya da qəbul etməkdə acizəm.

Polemika səbəbilə çoxumuzun gözünü pərdələr bürüyüb, artıq insanlar arasında deyil, bir kölgələr dünyasında yaşayırıq.

Ölüm qorxusunu aşmadıqca insan üçün azadlıq yoxdur. Amma intihar ilə deyil. Bu qorxunu aşmaq üçün özünü buraxmamaq lazımdır. Heç bir sarsıntı hiss etmədən, qorxmadan ölə bilməli.

Ölüm bir statistika və dövlət işi oldusa, dünya işləri artıq yaxşı getmir deməkdir.

Nə Faust, nə Don Kişot bir-birini məğlub etmək üçün yaradılmamışlar. Və sənət dünyaya pislik etmək üçün icad edilməmişdir.

Xoşbəxtlik şansı olmasaydı, ədalətin halı nə olardı.

Mərhəmət faydasız olunca, insan ondan bezər.

Pislik cəhalətdən gəlir.

Qışın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim.

Sözlər torba kimidir, içinə qoyulan şeyin şəklini alar.

İnsanlarla uzun müddət yaşaya bilmirəm. Sonsuzluğun payından mənə bir az təklik gərək.

İnsanlara boyun əydirmək istəyənin qulağı kardır.

İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır.

İnsanın pulu varsa işləmək məcburiyyətində qalmaz. Beləcə zamanı alar. Bu qalan zamanda da özünü xoşbəxt edə biləcək şeyləri edər. Yəni pul xoşbəxtliyi alar.

İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir.

İnsanı ağıllı edən tək şey nifrətdir.

İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur; amma yenə də yaşamaq lazımdır.

İnsan öz özündən gizləməyə çalışdığı tərəfini sevməz.

İnsan özünə bir məna verməyə çalışan tək məxluqdur.

İnsan tamamilə günahkar deyil, çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi.

İnsan nə isə o olmağı rədd edən tək varlıqdır.

İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatı boyunca tək bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər.

İnsan heç bir zaman tamamilə bədbəxt olmaz.

İnancın yerə düşsə, silahın da yerə düşər.

Azadlıq tarixin itməyən tək dəyəridir.

Heç bir şey böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır.

Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyəti yoxdur.

Xatırlamaq üçün yavaşlayar, unutmaq üçün sürətlənərik.

Haqlı olma ehtiyacı sıravi insanlara aiddir.

Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır.

Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır.

Gecələr sonsuz deyil.

Fəlsəfə utanmazlığın müasir formasıdır.

Əgər tanrı olmasaydı, bir insan əziz ola bilər idimi; bu mənim bu gün bildiyim tək səmimi problemdir.

Əgər bir ağa qulları olmadan bacarmırsa, ikisindən hansı azad bir insandır?


 
Категория: Taninmislar | Просмотров: 624 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz