AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Четверг, 25.04.2024, 14:03
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Четверг
25.04.2024
14:03


Axtarmaq
Главная » 2011 » Июль » 7 » "Bismillah"ın Sirri
12:01
"Bismillah"ın Sirri
 
                                               
Bismilləhir-Rahmənir-Rahim!

Rəhman və Rəhim Allahın adı ilə. Bütün işlərdən qabaq – yəni yeməkdən, içməkdən, yazmaqdan, oxumaqdan, səfərə çıxmazdan, hətta heyvanı kəsməzdən qabaq «Bismillah» deyirik. Bəs görəsən bu mübarək kəlmənin sirri nədir belə?

Bəşər aləminin yaradanı Uca Allahdır, hər bir şeyin başlanğıc nöqtəsi Odur və ilk növbədə Ona xatir, Onun razılığı üçün görəcəyimiz hər bir işi böyük ehtiramla Yaradanımızın adı ilə başlamaq – bir növ bəndəçiliyimizin izharıdır. Bu, bir növ Allahın zikridir.

Özünəməxsusluğu ilə seçilən hikmət dolu bu kəlmə təsbehlə deyilən və ya nəql olunan digər müstəhəb zikrlərdən fərqlənsə də, nəticə etibarilə hədəf eynidir. Yəni – Allaha yaxınlaşmaq, Allahı yad etmək, şeytanı uzaqlaşdırmaq, xoşbəxtliyə, səadətə və nemətə çatmaqdır. Bununla bağlı, böyük din alimlərindən olan mərhum Əllamə Məclisi hesab edir ki, ilahi xüsusiyyəti olan hər bir söz Allahın zikridir.

Allah Təala Həzrət Musa (ə) ilə münacat edərkən buyurur: «Ey Musa, heç bir halda Məni yaddan çıxarma, çünki Məndən qafil olmaq və Məni unutmaq qəlbi öldürər».

Müqəddəs kitabımız Qurani-Kərimdə Allah zikri ilə bağlı buyurulur: «O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!» ("Rəd” surəsi, ayə 28)

«Rəbbini adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl». ("Müzəmmil” surəsi, ayə 8)

«Bismillah» kəlməsi ilə bağlı "Əl-Mizan” təfsirində buyrulmuşdur ki, əhəmiyyətli iş o işdir ki, Allahın adı ilə başlanıla və bunun da mənası belə olar ki, «Allahım, mən Sənin adınla Sənə öz bəndəliyimi başlayıram». Yəni, bununla belə demiş oluruq: «Allahım, Sənə həmd etməyi Sənin adınla başlayıram ki, bu əməlimdə Sənin bir nişanən olsun və Sənin üçün xalis əməllərdən sayılsın».

İlahi kitabların müqəddiməsi də «Bismillah»la olmuşdur. Bütün peyğəmbərlər (ə) öz işlərinə «Bismillah»la başlamışlar Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: «Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir». Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini «Bismilləhir-Rahmanir-Rahim»lə başladı.

İnsanı Allaha yaxınlaşdıran bu sirli kəlmə haqqında Peyğəmbərimiz (s) və Əhli-beytin (ə) mübarək hədislərində də əks olunur:

Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: «Əhəmiyyətli olan hər bir iş əgər Allahın adı ilə başlamazsa, o səmərəsiz olar və heç bir nəticə verməz».

Həzrəti Əli (ə) buyurmuşdur: ««Bismillah» işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir».

İmam Rza(ə) buyurmuşdur: «Bismillah» insanın özünə Allah bəndəsi nişanı vurmasıdır».

Başqa bir hədisdə buyurur: «Bismillah» ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır».

Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»sindəki mübarək xütbələrinin birində zikrin insan həyatında nə qədər vacib, əhəmiyyətli və əzəmətli yer tutması yetərincə təsbit olunub.

Ustad M.Qəraəti müsəlmanlığın simvolu hesab etdiyi «Bismillah»ın simasını belə təsvir edir:

«Bismillah» - ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır.

«Bismillah» - Allaha eşq və Ona təvəkkül rəmzidir.

«Bismillah»- təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

«Bismillah» - bəndəlik yolunda ilk addımdır.

«Bismillah» - şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

«Bismillah» - işlərin paklıq və sığortalanma səbəbidir.

«Bismillah» - Allahın zikridir. Yəni «Bismillah» deyən kəs Allahı unutmadığını bəyan edir.

«Bismillah» insanın məqsədini açıqlayır. İnsan «Bismillah» deməklə izhar edir ki, Pərvərdigara, hədəfim camaat, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

Allahım, bizləri həqiqi zikr əhlindən – qəlbi zikr edənlərdən qərar ver ki, etdiyimiz bütün zikrlər, "Bismillah”lar bizləri Sənə daha da yaxınlaşdırsın!

İstifadə olunan mənbələr:

«Əl-Mizan» Təfsiri-Əllamə Təbatəbai

«Nur» təfsiri - M.Qəraəti

«Allahın zikri» - M.Yəzdi
 
Категория: Islam | Просмотров: 636 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz