AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Четверг, 25.04.2024, 22:33
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Четверг
25.04.2024
22:33


Axtarmaq
Главная » 2011 » Сентябрь » 7 » Cəhənnəm sahili
13:54
Cəhənnəm sahili
 
                                                  
 
Sərvətə görə evlənmək, cəhənnəmin kənarında və qapısında dayanmaqdır.

Yəqin bilirsiniz ki, ata-ananın övladın boynunda saysız haqları vardır. Amma heç bilirsiniz ki, övladların da ata-ananın üzərində haqları vardır? Onu da bilirsinizmi ki, əgər bu haqqı yerinə yetirməsələr, Allah-Taalanın yanında məsuliyyət daşıyırlar?

Övladların ata-ana üzərində müxtəlif haqları vardır ki, onların ən əhəmiyyətli və vacibiərini Allahın Rəsulu, əzəmətli Peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfa (s) belə bəyan etmişdir:

«مِنْ حَقِّ الْوَلَدِ عَلَى وَالِدِهِ ثَلَاثَةٌ- يُحَسِّنُ اسْمَهُ وَ يُعَلِّمُهُ الْكِتَابَةَ وَ يُزَوِّجُهُ إِذَا بَلَغ [وَ يُعَلِّمَهُ الْقُرْآن]»؛

"Övlada yaxşı ad qoymaq, yazıb-oxumaq (və Quran oxumağı (1) öyrətmək, onun təlim-tərbiyəsi ilə məşğul olmaq, boya-başa çatdıqda isə evləndirmək.”(2)

Əgər ata-ana imkanları olduğu halda övladlarının ailə həyatı qurması üşün lazım olan şəraiti yaratmazlarsa və bunun da nəticəsində, övladı günaha düşərsə, bu günah ata-ananın da ayağına yazılacaqdır.

Bu məktuba diqqət yetirin:

* "...Əsgərliyimi təzə başa vurmuşam… Evlənmək istəyirəm. Amma atam bu məsələdə mənə kömək etmək istəmir və özü də bu işimə mane olur və deyir ki, əvvəl özüm evlənim, sonra səni də evləndirərəm… Atam bacımı zorla pullu bur kişiyə ərə vermək istəyir. Deyir ki, ən əsası puldur. Pul ki, oldu, hər şey var…".

? Görəsən, həqiqətən belədir? Yəni hər kəs pulludursa, demək, hər şeyi vardır? Həqiqətən, pul hər şeydirmi?

Həyatda yaxşı yaşamaq üçün pulun və maddi imkanların mühüm rolu olduğu doğrudur, lakin bu həyatın hamısı deyil, bəlkə, kiçik bir hissəsidir. Buna görə də pul hər şey deyil və ola da bilməz. Axı, kim deyir ki, məhəbbət, səmimiyyət, sevgi, mehribanlıq, dostluq, iman və mənəviyyat pulla əldə oluna bilən şeylərdir? Axı, maşın, pul, villa və bu kimi şeylər nə vaxt saf və ülvi məhəbbətin yerini tuta bilmişdir?

Xoşbəxtlik mal-dövlət mənası ilə sinonim deyildir. Əsl və həqiqi xoşbəxtlik saf məhəbbət, iman və mənəviyyatdadır.

Doğrudur, cisimdə olan xəstəlikləri pulla müalicə eləmək olur, amma ruhi və mənəvi xəstəliklərin də pulla müalicəsi mümkündürmü? Əgər bir kəs pulludursa, amma xəsis və paxıldırsa, ailəsini necə xoşbəxt edə biləcəkdir? Xəsis və paxıl adam ailəsinə xərclədiyi pulu onlara minnət və töhmətlə verir. Ailə-uşağına pul xərcləmir və həmişə çalışır ki, pulunu çoxaltsın. Görəsən, xoşbəxtliyin mənası budurmu?

Yəqin ki, həyatda özünüz dəfələrlə müşahidə etmisiniz ki, insani xüsusiyyətə və gözəl əxlaqa malik olmayan adamlar pullu olduqları qədər də bədbəxtdirlər.

Əzizlərim, evlənmək istədiyiniz zaman vəfalı, ağıllı, düşüncəli, tədbirli, ədəbli, həyalı, alicənab, açıqürəkli, mərifətli və mürüvvətli birisini seçin və özünüz də bu sifətlərə yiyələnin ki, xoşbəxtliyə qovuşasınız.

Əziz valideynlər! Allah-Taalanın sizə bəxş etdiyi ən gözəl nemət olan övladlarınızın qədrini bilin və öz valideynlik vəzifənizə əməl edin ki, əks halda, Allah-Taalanın əzabı çox çətin olacaqdır.
Категория: Maraqli | Просмотров: 853 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz