AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 29.03.2024, 01:21
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
29.03.2024
01:21


Axtarmaq
Главная » 2011 » Июнь » 30 » Dostsanmi?
20:55
Dostsanmi?
 
 
                                                    
 
 
 
Dostsanmi?
Elə isə canın canımdır...
Aynan olmalıyam...
Üzünə söyləyə bilməliyəm hər şeyi...
Həm çəkinmədən, mərdcə...
bilərsən, əsirgəməm sözümü,
Nə şəkildə gəlirsə, eləcə...
Hazıram bütün səmimiliyimlə danışmağa, amma,
Səni də dumduru istəyərəm qarşımda...
Dostsansa,
Gözlərəmin içinə baxa baxa yaxa silkələ məndən!
Arxamdan şikayətlənmə!
İgid ol! Lazım olsa igidcə danla, çəkinmə!
Söz deyil, iş gözləyərəm səndən!
Elə bax ki, hisslərini görə bilim...
Elə hiss et ki, etibarla baxa bilim...
Sevmərəm, ölənin ardından ağı deməyi!
Dil dönərkən deyilməlidir hər şey...
Göz baxarkən baxmalıyam sənə...
Can sağ ikən sarılmalıyam sənə...
Xeyr!
Dirimə salam verməyən,
Ölümə də çox yaxınlaşmasın!
Dostsansa, ölməmi gözləmə!
Haqlıyamsa, yaşayarkən müdafiə et məni!
Yaşayarkən yanımda ol!
İnanmışsansa mənə, kimsə çevirməsin səni yolundan!
Və inanmamısansa çəkil qarşımdan rol etmə!
Hər söylədiyimi təsdiqləməyin şərt deyil...
Hər etdiyimi bəyənməyin də lazım deyil...
Dostsansa, rahatca tənqid et, fikirini rahatca söylə, sıxılma!
Yadırğaya bilərsən məni,
Və mən də səni qəribə tapsam çaşma...
Aldatmağını əsla qəbul edə bilməm!
Hər dediyini, hər etdiyini xoş görərəm, amma,
Məni, mənə soruşmadan mühakimə etmə!
Hər yediyimiz eyni olmaz bəlkə,
Hər dəqiqəmiz birlikdə keçməz...
Hər güldüyündə gülməni zəmanət edə bilməsəm də,
Ağladığında səninlə birlikdə oturub ağlayaram mən...
Bəlkə hər çağırdığında gələ bilməm lakin
Dərdinə ortaq axtarsan, qaçaram...
Mən də hər kəs kimi insanım əlbətdə,
Nə göylərə çıxar məni, nə də yerin dibinə sox!
Sənin işin bu deyil!
Mənim osuzda n bir yerim var hər kəs kimi yerlər ilə ilə göy arasında...
Dostsansa,
Kiçik hesab etmədən, söymədən,
Sevgiylə, hörmətlə və hüzur dincliklə gəl yanıma...
Dinlən istirahət etmək istədiyində, heç düşünmə, sənə xüsusi bir limanım,
amma...
Səni bir uşaq qədər saf sevə bilərəm
Və bir dəli qədər boş niyyətsiz...
Uğruna sevə sevə ölümə gedərəm...
Görməməzlikdən gələ bilərəm səhvlərini...
Başqaları həriflik saya bilər,
Başqaları ağılsızlığıma yoza bilər,
Bunları dərd belə etmərəm, amma,
Sən, əslində axmaq olmadığımı,
Hər an, təkrar təkrar xatırla!
Və əsla məni axmaq yerinə qoymağa cəhd etmə!
Sevirsənsə, xəsislik etmə, söylə!
Söhbəti varkən, yoxmuş kimi edənlə,
Heç sevmədiyi halda, bütün əzablara dayana əsəbləşirəm!
Nəcədisə elə olmalıdır insan...
Özü olmaqdan qorxmamalısan!
Özü olmaqdan qaçmamalısan!
Bil ki, sənsən deyə səni buraxmaram, amma,
Mən olduğum üçün buraxsan məni,
Yas da tutmam arxandan!
Əvəzinimi?
Ödəməyəcəksənsə çıxma yola!
İçdən bazarlıq etsən, ancaq özünə edərsən...
Özüncə küsər barışırarsan, öz özünü yeyərsən!
Dostsansa, mövsümün tərəfindən yağ...
Qışsansa qar ol, payızsansa yağış...
Soyuğuna, istisinə, əsib sovurmağına etiraz etmərəm,
Səndən, hökmən bahar olmağını gözləmərəm, amma,
Söykən bir ağaca dözməlisən ən şiddətli fırtınalarıma...
Bəlkə də çox gəldi bu qədər tələb...
Mənə qarşı heç bir məcburiyyətin yoxdur, qorxma...
Sənə çox gəldiyim ilk anda,
Arxana heç baxmadan, dönüb gedə bilərsən...
Keçib gedə bilərsən, borcluluq hiss etmədən...
Mütləq bir şərh də gözləmərəm səndən, amma
Getməyə davransam bir gün,
Sən də qarşımda mane olma!
Dostsanmı?
Elə isə, canın canım,
Yoluna baş qoymağa hazıram,
Başını da yollarımda istəyərəm, unutma!......
Категория: Maraqli | Просмотров: 537 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz