AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 29.03.2024, 07:51
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
29.03.2024
07:51


Axtarmaq
Главная » 2011 » Июнь » 29 » Fəlsəfi fikirlər
11:41
Fəlsəfi fikirlər
 
 
                                                                      
 
 
İnsanda onun üç hissəsi-bədən,ağıl,ruh fərqləndiyi kimi,cəmiyyətdə işçilərə,döyüşçülərə (gözətçilərə) və idarəçilərə (filosoflara) ayrılır (Platon).

Mən düşünürəm,deməli mövcudam (Rene Dekard)

Çox zəngin olub eyni zamanda xeyirxah qalmaq mümkün deyil.Zənginləşən hər bir fərd onu yalnız başqalarının hesabına əldə edir.

İnsanların ictimai şüurları ictimai varlıqlarını müəyyən etmir,əksinə onların ictimai varlıqları şüurlarını müəyyən edir.

Hər bir din insanların beynində onların üzərində,gündəlik həyatında hökmranlıq edən xarici qüvvələrin elə fantastik inikasıdır ki,burada dünyəvi qüvvələr qeyri-dünyəvi forma kəsb edir (Fridrix Engels)

Bizim bildiklərimizin və ideyalarımızın gerçəkliyini qoruyan həqiqətdir (Platon)

Bizim bildiklərimizin mütləq ruha,mütləq ideyaya bağlılığı həqiqətdir (Hegel)

Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar (Ziqmund Freyd)

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)

Şərafətə minər insan artarsa onda şüur,

İnsan idrak sayəsində günəş kimi saçar nur.(A.A.Bakıxanov)

Həyat fəlsəfəsi ondan ibarətdir ki biz öncə düşünülməmiş addımlar atırıq,sonra da nəzəriyyəni ona uyğunlaşdırırıq.

Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür. (İsmail Habip Sevük)

Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.

Nə vaxta qədər ki insanlar Sezarlar və Napoleonlar qarşısında itaət edəcəklər, onda Sezarlar və Napoleonlar da hakimiyyətə gələcək və insanlara bədbəxtlik gətirəcəklər (O.Hansli)

Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl insanlar da onu tərifləməyə məcburdurlar. (Laroşfuko)

Müvəffəqiyyət, hər gün toplanan kiçik səylərin təkrarıdır.

- Pul hər şey edər deyən adam, Pul üçün hərşeyi edən adamdır.

(Benjamin Franklin)

Bildiyini bilənin, arxasından gedin. Bildiyini bilməyəni,

oyandırın. Bilmədiyini bilənə, öyrədin. Bilmədiyini bilməyəndən, qaçın.(Konfyutsi)

Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət!

Cəsarət heç də həmişə qışqırmır.O bəzən günün sonunda sakit bir səslə deyir:mən sabah bir də cəhd edəcəm.

Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar (La Edri)

Nisbət sürətlə hərəkət edən insan ,Axil ən yavaş hərəkət edən canlıya-tısbağaya çata bilməz.Ona görə ki,həmin canlı Axildən qabaq yola çıxıb,Axil tısbağanın olduğu nöqtəyə çatana qədər,tısbağa yeni bir məsafə qət edəcək bu sonsuz olaraq təkrar olunacaqdır (Zenon).

Əgər gördüyümüz işdə, bizim özlüyündə arzu etdiyimiz nə isə bir məqsəd varsa, həm də nəzərə alaq ki, digər məqsədlər bundan ötrüdür və məqsədlərin hamısını başqa məqsəd naminə biz özümüz seçmirik (çünki bu halda bunun sonu olmaz, deməli, bizim cəhdimiz mənasız və əbəsdir), onda aydındır ki, məqsəd, sözün həqiqi mənasında, yaxşı şeyin, yəni ən yaxşı şeyin özüdür ki, var.(Aristotel).

Təbiət əxlaqi hissləri bizə bəxş etməyib. Təsadüfi deyil ki, din Allah-taalanın insanlara bir-birini, valideynləri sevməyi vəsiyyət etdiyini söyləyir.Insanların bir-birinə olan bu məhəbbətinin əsasında bir-birinə kömək etmək zərurəti, müəyyən tələbatlar, gündəlik praktiki həyat durur.(Klod Anri Helvetsi)

Cəsarət insani zəfərə,tərəddüd təhlükəyə,qorxaqlıq isə ölümə aparır.(Y.S.Səlim)

Din əxlaqdan deyil,əxlaq dindən doğulur.(Şatobrian)

Yaxşılıq etməkdən alınan həzz,sənə edilən yaxşılığın verdiyi həzdən daha böyükdür.(Epikür)

Əsla hər şeyi bildiyini sanma. Həqiqətən çox məlumatlı olsan da "mən cahiləm" deyə biləcək cəsarətin daim olsun.

Mən özümün yerdə qalan ömrümü bir məsələnin həllinə həsr etmək istəyirəm; nə üçün insanlar nə cür hərəkət etməli olduqlarını bildikləri halda bunun əksini edirlər ?(Sokrat)

"Uşaq ikən hər gecə mənə bir velosiped verməsi üçün tanrıya dua edərdim. Bir gün tanrının iş prinsipinin belə olmadığının fərqinə vardım. Gedib bir velosiped oğurladım və tanrıya məni bağışlaması üçün dua etməyə başladım.” (Al Kapone)

"Hər dəqiqə təriflənmək istəyən bir Tanrıya inana bilmərəm.” (Fridrix Nitsşe)

"Din adi insanlar üçün həqiqət, aydınlar üçün yalan, iqtidarlar üçünsə rahatdır.” (Seneka)

"Dinlər çoxluğun qorxusu və azlığın hiyləgərliyi üzərində qurulub.” (Stendal)

Xəyalları reallaşdırmağın ən gözəl yolu oyanmaqdır...(S.M.Pouer)

Hər bildiyini söyləmə, hər söylədiyini bil ... (Marsel Lenoir)

Pul və insan arasındakı əlaqə belədir: İnsan pulu saxtalaşdırar, pul da insanı.

Əgər yüksəyə qalxmaq istəyirsizsə, öz ayaqlarınızdan istifadə edin! Özünüzü daşımağa icazə verməyin, başqalarının çiyinlərinə, başlarına oturmayın! (F. Nitsşe)

Əgər filosof olmaq lazımdırsa , deməli, filosof olmaq lazımdır.... Əgər, filosof olmaq lazım deyilsə, deməli, yenə də filosof olmaq lazımdır(Aristotel)

Hər kəsin adam olmaq vəzifəsi var. Adam olmaq istəməyən adam arasına çıxarıla bilməz. Adam olmaq istəməyən adam arasına özü çıxarsa, onunla adam kimi rəftar olunmalı. Başqaların adam kimi rəftarını anlamayan, özünə adam axtara bilər. Özünə adam tapmaq hələ adam sayılmaq anlamına gəlmir. "Adamın gərək adamı olsun" prinsipinə genişləndirici təfsir vermək olmaz. Adamlıq ad qazanmaqdan başlayır!

Heç bir məmnuniyyət davamlı deyil, ondan çox daim yeni bir səyin yeni başlanğıc nöqtəsidir. Səyi hər yerdə görürük, dəfələrlə yavaşladılmış, maneə törədilmiş və döyüşər vəziyyətdə,yəni sürdüyüncə acılı,ağrılı olaraq,amma səyin son hədəfi olaraq deyil. Elə isə səy ağrının son hədəfi və ölçüsü deyildir.İstək hər şeydən əvvəl hər şeyi istəmənin əsas ehtiyacıdır, əskiklikdir, çatışmazlıqdır. Nəticə etibariylə "ağrılı"dır. Elə isə həyat, can çətinliyi ilə ağrının arasında yellənərək gedib gələndir.(Artur Şopenhauer)

Категория: Taninmislar | Просмотров: 588 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz