AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 19.04.2024, 15:38
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
19.04.2024
15:38


Axtarmaq
Главная » 2011 » Июнь » 26 » Həkimdən döyüşçüyə çevrilən, aqibəti bilinməyən – Che Guevara
21:16
Həkimdən döyüşçüyə çevrilən, aqibəti bilinməyən – Che Guevara
 
 
                                                                       
 

Ernesto Gevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinan Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılır.
Gevara uşaqlığında bu sol meylli ailədə də dinamik şəxsiyyəti və sərt fikirləri ilə seçilirdi. Hər nə qədər həyatı boyu onu izləyəcək astmadan əziyyət çəksə də mükəmməl bir atlet olmuşdur. Bu xəstəliyinə baxmayaraq həvəskar reqbi oyunçusu idi və "Fuser” (həddindən artıq təcavüzkar oyun tərzi səbəbi ilə verilən azğın, qudurmuş mənasını daşıyan "El Furibundo” sözü ilə anasının soyadı olan "Serna”dan yaradılmış ifadə) ləqəbi ilə tanınırdı.
Gevara atasından şahmat oynamağı öyrəndikdən sonra 12 yaşından etibarən yerli turnirlərə qatılmağa başladı. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı.
Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil oldu. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu aldı. Mütəxəssis həkim ola bilmək üçün lazımi klinika təhsilini tamamlayıb tamamlamadığı dəqiq məlum deyil.
Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxdı. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif etdi.
Bu səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Gevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə vardı. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin etdi.
1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez onu Raul Kastro ilə tanış etdi. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəldi və 8 iyul 1955-də Raul Çe Gevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan "26 İyul hərəkatı"na qatıldı.
25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan "Granma" yaxtasında kubalı olmayan yeganə şəxs Gevara idi. Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Gevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi xatırladığını yazır.
Yoldaşları tərəfindən cəsarəti və əsgəri qabiliyyəti səbəbindən hörmət görən Gevara üsyançılar arasında lider, Komandante olur. Bir çoxları üçün isə "qəddarlığı" səbəbiylə qorxulu adam idi. Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Gevara "doğuşdan Kuba vətəndaşı" elan edildi.
Kabana həbsxanasına rəhbər təyin edildi və 2 yanvar 1959-dan 12 iyun 1959-a qədər altı ay boyunca boynuna götürdüyü bu vəzifədəykən Batista rejiminin məmurlarının, BRAC gizli xidmət (Buró de Represión de Actividades Comunistas - Kommunist Hərəkətlərin Yatırılması Xidməti) mənsublarının, müharibə cinayəti törədənlərin və siyasi müxaliflərin mühakimə olunması və edamından məsul oldu. TIME jurnalına görə, idarə etdiyi mühakimələrin ədalətli olmadığı iddia edilirdi. Daha sonra Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli bir vəzifəyə təyin edildi, həmçinin Kuba Mərkəzi Bankının sədri oldu.
1959-cu ildən etibarən Gevara digər ölkələrdəki inqilabçı hərəkatlara yardım etməyə başladı, amma bunların hamısı müvəffəqiyyətsizliklə nəticələndi.
Gevara daha sonra Sənaye naziri kimi Kubada sosializmin açıq və qəti bir hala gəlməsinə köməkçi olmuş, ölkənin qabaqda gələn kəsləri arasına girmişdir.
Gevara 1962-ci ilin oktyabrında baş qaldıran Karib böhranına səbəb olan Sovet ballistik nüvə raketlərinin Kubaya gətirilməsində əsas rol oynamışdır.
Dekabr 1964-də Birləşmiş Millətlərdə çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka getdi. CBS televiziya kanalında bazar günləri efirə gedən "Face the Nation” adlı xəbər proqramına çıxdı. ABŞ Senatoru Yucin Makkarti, Malkolm İksin iş yoldaşları, Kanadalı Mişel Duklos daxil olmaq üzrə dəyişik adam və qruplarla görüşdü. 17 dekabrda Parisə üç aylıq bir beynəlxalq gəzintiyə başladı. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Dahomey, Konqo-Brazzavil və Tanzaniyanı gəzdi. İrlandiya, Paris və Pragda fasilələr verdi. 24 Fevral 1965də Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan "İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı"ndakı danışmasını etdi. Bu danışmada belə demişdir: "Ölümünə olan bu mübarizədə heç bir sərhəd yoxdur. Dünyanın heç bir yerində meydana gələn hadisələrə qeydsiz qala bilmərik. Bir ölkənin imperializmə qarşı zəfəri bizim zəfərimizdir, eyni şəkildə uduzması da bizim uduzmamızdır." Bu sözlərlə də dinləyicilərini çaşdırmışdır: "Sosialist ölkələrin, Qərbin müstəmləkəçi ölkələriylə üstü bağlı əməkdaşlığı təmizlik etmələri əxlaqi vəzifələridir." Sonra da bu hədəfə çatmaq üçün kommunist bloku ölkələrinin tətbiqi lazım olan bir silsilə hərəkəti sıralamışdır. 14 Martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılandı.
İki həftə sonra Gevara cəmiyyət həyatından çəkildi və ardından tamamilə ortadan itdi. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi.
Gevaranın aqibəti haqqındakı beynəlxalq fərziyyələrin təzyiqiylə Kastro 16 İyun 1965-də etdiyi şərhdə insanların Gevara haqqında məlumat götürmələrinin ancaq Gevara istədiyində mümkün ola biləcəyini söylədi. Gevaranın ortadan yoxa cıxması ilə əlaqədar Kuba içində və xaricində bir çox dedi-qodu yayıldı. Eyni ilin 3 oktyabrında Kastro, Gevaranın bir neçə ay əvvəl özünə yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Gevara Kuba inqilabına bağlılığını təkrarlayır ancaq inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda "dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər" deyərək, "yeni döyüş sahələrində" partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini ifadə edirdi. Eyni zamanda hökumət, partiya və ordu içindəki bütün vəzifələrindən istefa verdiyini və ona inqilab üçün etdiklərini təqdir məqsədiylə verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də əlavə edirdi.
Dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro, Gevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Gevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq 1965-in sonunda Gevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu.
Категория: Taninmislar | Просмотров: 496 | Добавил: KRAL | Рейтинг: 3.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz