AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 29.03.2024, 01:16
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
29.03.2024
01:16


Axtarmaq
Главная » 2011 » Сентябрь » 5 » Rənglərdə xəstəlik əlaməti var!
14:09
Rənglərdə xəstəlik əlaməti var!
 
                                   
Dəriniz sapsarı bir rəng alarsa "Mənə nə olub?" demək yerinə dərhal bir qaraciyər həkiminə görünün! Bədəninizin saralması sarılığa işarə edərkən, spirti həddindən çox qəbul etdiyiniz zamanlarda üzünüzün qızarması da "flushing" xəstəliyinin xəbərçisi ola bilər
İstanbul Təhsil və Araşdırma Xəstəxanası İç Xəstəlikləri Eksperti Dr. Nafiz Karagözoğlu; insan bədənində görülən bəzi rəng dəyişmələrinin əhəmiyyətli xəstəliklərin xəbərçisi ola biləcəyinə diqqət çəkərək, "Rənglər bədənin həyəcan siqnalıdır.Bu əlamətləri çölə atmamaq lazımdır" dedi. Dr. Karagözoğlu, hansı rəngin hansı xəstəliyə işarə etdiyini izah etdi:

Ağ rənglə bilinən əlamətlər:
ALBİNİZM: Normalda dərinin rəngini verən fərqli miqdarlardakı melanin pigmentinin; genetik olaraq doğumdan etibarən olmamasıyla inkişaf edər.İnsanın dəri rəngiylə birlikdə saçları, qaşları və kirpikləri də ağarmış olur.
PİEBALDİSM: Doğumla bağlı olaraq bədəndəki bəzi bölgələrdə melanin pigmenti yoxluğudur.Müxtəlif böyüklüklərdə və bədənin fərqli yerlərində ağ ləkələrlə özünü göstərən bir xəstəlikdir.
VİTİLİGO: Bədəndə doğuşdan var olan melanin pigmenti, müxtəlif səbəblərlə daha sonra regional olaraq itsə bu xəstəliyə vitiligo adı verilir.

Qırmızı ləkələrə diqqət!!
ERİTEM: Həddindən artıq istidə, çox məşq əsnasında, günəş yanığı və təzyiq yüksəlməsi nəticəsində inkişaf edən töküntülü və iltihabı dəri xəstəliklərində, dəri rəngi qırmızı olar.
FLUSHING: Müəyyən bir bölgədə olan həddindən artıq qırmızılıq halıdır.Üzdə və boyun arxasında keçici müddətlə ya da davamlı görülə bilər.Spirt qəbulu sonrası, bəzi dərmanların yan təsiri olaraq, dəri altı yağ toxusunun incə olduğu kəslərdə, həyəcan halları əsnasında dərinin rəngi qızarar.

Qəhvəyi rəngdə bilinən əlamətlər:
ADDİSON xəstəliyi: Böyrək üstü vəzilərin xəstəliyi olan Addisonda; dəri rəngi qəhvəyi ya da tünd qəhvəyi halını alar.Böyrək çatışmazlığında da dəri torpaq rənginə bənzər bir tonda olur.
HEMOKROMATOZİS: Həddindən artıq dəmir və melanin pigmentinin səbəb olduğu, dəriyə əmtəəlik bir görünüş verən metallik (boz) rəngin görüldüyü bir xəstəlikdir.

Problemli ürəklərin rəngi: Bənövşəyi və Mavi
Arteriya və ümumidamar qanının qarışmasına səbəb olan xəstəliklərdə; dil, dodaq, barmaq ucları və ayaqlar göy rəngə çalan bənövşəyi bir rəng alır.

Oksigenlə bağlı əlamətlər:
Hemoglobin; qırmızı qan hüceyrələrinin oksigeni daşıyan hissəsidir.Doğum əsnasında və ya sonradan inkişaf edən bəzi xəstəliklərdə, hemoglobinin oksigen daşıma tutumu azalar.Nəticədə də xəstənin bədəni maviləşər.
Ürək qeyri-kafiliyi nəticəsində dövranın pozulduğu və ağciyərlərdən oksigenlənmənin azaldığı vəziyyətlərdə; xəstəliyin ağırlıq dərəcəsinə görə bədən mavi-bənövşəyi rəng ala bilər.

Təzyiq göyərtir!:
Oksigenlənmənin pozulduğu xəstəliklərdən biri də KOAH-dır.Uzun müddət davam edən tıxayıcı ağciyər xəstəliyi olan KOAH-ın dərəcəsinə görə dəri rəngi dəyişər.
Dövran pozulduğunda, təzyiq dediyimiz damariçi dövran təzyiqi qeyri-kafi səviyyəyə gəlir.Bədən rəngi mavidən bənövşəyi rəng tonlarına doğru dəyişmə göstərir.
Dəri altı yağ toxuması incə olan bölgələr zərbəyə məruz qaldığı zaman dəri altında yaranan qanama səbəbiylə regional bənövşəyilik meydana gələr.Gündəlik həyatda, bənövşəyi rənglə əlaqədar olaraq ən çox bilinən sağlamlıq problemi də budur.

Qaraciyər xəstədirsə dəri sapsarı olur:
SARILIQ:Gərək mikrobların səbəb olduğu, gərəksə də müxtəlif səbəblərlə qaraciyər və öd kisəsindən öd axışının maneə törədildiyi xəstəliklərdə; dəri sarı bir rəng alır.Bunun səbəbi bədəndə artan bilirubin maddəsidir.Sarılıqların bəzi vəziyyətlərində, narıncıya çalan bir sarı rəng görülər.
YAŞIL SARILIQ: Sarılıq əsnasında, bilirubin səviyyəsi müəyyən bir səviyyənin üstünə çıxdığında, dərinin rəngi yaşılımtıl (açıq yaşıl) bir görünüş alır.Bu vəziyyətə 'yaşıl sarılıq' deyilir.
Категория: Maraqlı və məsləhətli | Просмотров: 575 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz