AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 29.03.2024, 02:25
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
29.03.2024
02:25


Axtarmaq
Главная » 2011 » Июнь » 28 » Sənə oxşayıram......
21:27
Sənə oxşayıram......
 
 
                                                                                     
 
 
Vaxt keçdikcə anlayıram ki, sənə bənzəməyə başladım. Bu həsrətindəndimi görəsən? Sən getdin amma geriyə səndən izlər qaldı. Üstəlik ən sevmədiyim, sinir olduğum xasiyyətlərini daşıyıram.
Narahatlığım budur ki; bir səhər oyandığımda, aynada səni görəcəyim üzüm yerinə… Bu qədər dəyişmək qorxudur. Sənləşdikcə əsəbləşirəm özümə, hər əşəbləşdiyimdə daha çox izini tapıram içimdə.

Nə qədər inkar etsəm, o qədər sənə çəkilirəm. Səni xatırladacaq xatirələrə belə yer qalmayacaq ağılımda çünki artıq sənin kimi düşünürəm.

Yenə qış gəldi. Ev elə soyuq ki! Səhər oyandım, duş qəbul etdim. Saçlarım yaş otururdum. Səsin əks-sədalandı qulağımda: " Xəstə olacaqsan, yaş saçla oturma!" Gülümsədim öz özümə. Qalxdım saçlarımı qurutdum, daha çox əks-sədalanmasın deyə səsin evin içində, bir də corab geydim ayağıma. Bilirəm, ona da deyinərdin.

Səni hirsləndirməyi nə çox sevərdim. Əslində məqsəd səni əsəbiləşdirmək deyildi, hələ mənimlə əlaqədarsanmı deyə nəzarət edərdim. Dükana qədər gedirəmsə, niyə pencək geyim ki, dərhal dönəcəyəm. Əgər gün gəlib buna qışqırmazsansa, anlayacaqdım ki, artıq məni sevmirsən. Və o gün gəldi!

Köynəyini unutmusan burada. Çirklilərin arasında idi, ondan görməmisən. O köynəyi nə edəcəyimi hələ tapa bilmirəm. Atmaq istərdim atılmır, satsansa pul etməz. Komik bir vəziyyət anlayacağın ya da artıq məni güldürür.

Keçən axşam Nurdana getdim. Axşam oldu, yoldaşı gəldi, birlikdə yemək yedik. Sonra hər vaxt etdiyimiz kimi okey oynayacaqdıq amma dördüncü olmadan o oyunun da zövqü çıxmır. Yeməkdən sonrakı susqunluğun səbəbini bilirəm. Hamımız o anda səni düşünürdük.

Dünən gecə yarısı oyanıb su içdim. Başımın yanına su qoydum. Yenə susasam qalxmayım deyə, sənin kimi… Tam bir siqaret yandıracaqdım hazır oyanmışkən, yenə səsini eşitdim: "yataq otağında siqaret çəkilməz!" Qalxıb salona keçdim, bir daha da yuxu tutmadı onsuz dan. Məncə də yataq otağında siqaret çəkilməz, yəni artıq..

Mən zaman keçdikcə sənə bənzəyirəm. Nə etsəm, nə söyləsəm, sənləşdiyimi fərq edirəm. Üstümə yapışdın, deyərəm kimi, çıxarıb atmıram. Zaman içində ya heç mən qalmazsa məndə? Mən əhəmiyyətli deyiləm də, ya gün olar da geri dönsən, bəndəki səni sevəcəksənmi? Mən bir tək bunu düşünürəm…..

P.S yazı mənə aid deyil !
Категория: Sevgi | Просмотров: 604 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz