AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Четверг, 25.04.2024, 15:16
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Четверг
25.04.2024
15:16


Axtarmaq
Главная » 2011 » Июнь » 20 » Ürək dayananda nə etməli? (Aktual mövzu)
23:00
Ürək dayananda nə etməli? (Aktual mövzu)
 
 
Qorxunc statistika.

ÜST(Ümumdünya Səhiyyə Təşkilatı)-nın statistikasına əsasən bir həftə ərzində dünyada 200 000-ə yaxın insan ölür.Bu ölüm hadisələri daha çox xəstəyə vaxtında tibbi yardım edilə biləcək xəstəxanalarda deyil, Işdə,evdə,yolda,səfərdə və s. yerlərdə baş verir.Ürək dayanmasının səbələri isə çox müxtəlif ola bilər,--ağır xəstəliklərdən tutmuş beyin sarsıntısı yaxud elektro cərəyan çarpmasına kimi fərqli vəziyyətlərdə yarana bilər.

Elə həmin statistikaya görə,zərərçəkənlərin 95%-i təcili yardım briqadası gələnə qədər vəfat edirlər.Və bu hadisələr,ətrafda həkimə qədərki ilk yardımı göstərə bilən və spesialistlər gələnə kimi xəstənin həyat funksiyasını saxlaya bilən insanlar olduğu bir halda baş verir.Əksəriyyət hallarda ,insanlar sadəcə olaraq bilmirlər ki,qəfildən ürəyi dayanmış bir insana necə yardım etmək lazımdır.Onu da qeyd edim ki,əgər reanimasyon tədbirlər mümkün olduğu qədər tez başlansa idi,xeyli sayda insan həyatı xilas edilmiş olardı.

Bu məqalə çox aktual mövzunu əhatə edir: ürək fəaliyyəti dayanmış insana təcili təxirəsalınmaz yardımın təşkili...

Bəzən bizim "bilməməzliyimiz” geri dönüşü olmayan nəticələrə yol aça bilər.Ancaq lazımlı informasiya ilə silahlansaq,bir çox insan həyatı xilas edə bilərik.

Xilasetmənin ilk hərəkətləri
Əgər sizin gözünüzün önündə bir insan bayılsa və həyati əlamətləri göstərməsə,gecikdirmədən onun həyatını xilas etmək üçün tədbirlər görməyə başlamaq lazımdır.Ətrafdakılardan birinə Təcili Yardım çağırmağı tapşırın,siz isə ,tənəffüs və nəbzin olub-olmamasını yoxlayın.Nəbzi yoxlamaq üçün 2-ci,3-cü,4-cü barmaqlarınızı,boyuna,qulaq sırğalığından 4-5sm aşağı olmaqla qoyun və döyüntünü hiss etməyə çalışın.

Tənəffüsü yoxlamaq üçün adi güzgü şüşəsini burun dəliklərinə və ya ağıza yaxınlaşdırın,əgər güzgü tərləyərsə,demək tənəffüs var.Güzgü olmasa,adi paltar sapından da istifadə edə bilərsiniz,yenə sapı buruna yaxud ağıza yaxılaşdırın,sap hərəkət edərsə,tənəffüs var demkədir.Əgər nə tənəffüs,nə də nəbz yoxdursa,gecikmədən, o dəqiqə süni tənəffüs və ürəyin qapalı masajını etmək lazımdır.Bu vəziyyətdə əsas odur ki,təlaşlanmayasan.Tez,dəqiq və sakit halda hərəkət etmək lazımdır.

Reanimasyon tədbirlər





Reanimasyon tədbirlərə başlamadan öncə saata nəzər salın ,ilk yardıma başladığınız vaxtı yadınızda saxlayın.Bu məlumat Təcili Yardım həkmlərinə lazım olacaq.Xəstənin ağzını açın və ağız boşluğuna baxın.Əgər zərərçəkənin dili qatlanıbsa,onu mütləq düzəldib təbii vəziyyətinə qaytarmaq lazımdır,yoxsa süni tənəffüs zamanı hava ağciyərlərə daxil ola bilməyəcək.

Bəzən ürək dayanmasından öncə baş verın güclü ağrılar,yaxud dəm qazı ilə zəhərlənmələr vaxtı mərkəzi xarakterli qusmalar ola bilər.Belə hallarda mütləq,ağız boşluğunu ,barmağınıza cib dəsmalı,yaxud hər-hansı bir parça predmeti dolayıb təmizləmək lazımdır,

Zərərçəkəndən sağda,diz üstə duraraq,sol əlinizlə onun başını tutub saxlamaqla yanaşı,baş və şəhadət barmaqlarınızla burnunu sıxaraq burun dəliklərini bağlayın.Sağ əlinizlə,ağzını açıq vəziyyətdə saxlayın.

Süni tənəffüs verməyə başlayın.



Dərindən nəfəs alın,dodaqlarınızla zərərçəkənin ağzını sıx əhatə edin,var-gücünüzlə havanı onun ağciyərlərinə üfürün.Bu zaman ,onun döş qəfəsinin hərəkətini izləyin.Döş qəfəsinin qalxması ağciyərlərin hava ilə dolmasının düzgün əlaməti olar.Əgər döş qəfəsini hərəkət etdirməyi bacarmadınızsa..,təcili olaraq süni tənəffüsü dayandırı bəlaltında olan predmetlərlə (qələm,nazik boru vəs.) traxeostoma qoymaq lazımdır. Ağızdan-ağıza hər nəfəs vermədən sonra ürəyin vasitəli masajını etmək lazımdır:əllərinizi bir-birinin üstünə qoyub,döş qəfəsinin aşağı hissəsinə 4-5 dəfə basmalısınız.Bu zaman əsas təzyiq bütün ovuc səthi ilə olmalıdır.Basmalar rəvan yox təkanlar şəklində olmalıdır.Yadda saxlamaq lazımdır ki,əlləri döş qəfəsinin aşağı üçdə bir hissəsinə qoymaq lazımdı,bir az da aşağı istiqamətlənsələr qarına təsir etmiş olar ki,bu vaxt masajın heç bir nəticəsi olmaz, hətta bəzən diafraqmanın cırılmasına səbəb ola bilər.

Masajı edərkən qolları dirsəkdən bükməməliyik ki,etdiyimiz təzyiq tək qolların gücünə yox,bütün gövdəmizin ağırlığı hesabına olsun. Təzyiqin gücü, elə olmalıdır ki,döş qəfəsini onurğaya doğru heç olmasa 3-4 sm əyilsin. Bəzən belə hallarda xəstənin döş qəfəsini zədələyə, qabırğalarını sındıra bilərlər, ancaq insanın həyatını xilas etməklə müqayisədə bunlar az əhəmiyyətli travmalar hesab olunur.

Süni tənəffüs və masajı növbə ilə etmək lazımdır.Yaxşı olar ki,bir dəqiqə ərzində 12 belə shikl rellaşdıra biləsiniz.

Nəticə

Zərərçəkmişdə nəbz və tənəffüs yaranarsa,saata baxın,reanimasiya tədbirlərinə başladığınız müddətdən nə qədər vaxt keçdiyini aydınlaşdırın.,ancaq elə o dəqiqə yardım tədbirlərinizi dayandırmayın. Nəbz düzgün və stabil olanda,tənəffüsün tezliyi kifayət qədər olanda reanimasyon tədnirləri saxlaya bilərsiniz.

Özünə gəlmiş xəstəyə həkim gələnə kimi ayağa qalxmaq və hərəkət eləməyə icazə verməyin.

Əgər bütübn tədbirlərə baxmayaraq xəstə həyat əlamətləri göstərmirsə,onu həyata qaytarmaq üçün gördüyünüz tədbirləri dayandırmayın, heç olmasa 15-20 dəq. davam edin(uzun müddətdən sonra beyin qabığı və qabıqaltı ölür,bu halda həkimlər də heç bir kömək edə bilmirlər.)Fiziki cəhətdən bu çox ağırdı,yorucudu,ancaq insan həyatı bütün çətinliklərə dəyər.

Aynur Qurbanqızı (Azadqadin)
İmzam olmadan xəbərin başqa saytlardan dərcini qadağan edirəm!
 
Категория: Sağlamlıq Dünyası | Просмотров: 568 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz