AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Четверг, 09.05.2024, 07:07
Меню сайта
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Четверг
09.05.2024
07:07


Axtarmaq
Главная » 2010 » Декабрь » 25 » Azərbaycan memarlığı
12:40
Azərbaycan memarlığı
                                             Azərbaycan memarlığı
 
 
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişafmərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılanBərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dinibinalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdəXilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərinyaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləriyarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıqməktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıqməktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığıbinaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIIIyüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeolojitədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır.Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayışbinaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslubözəllikləri haqqında aydın təsəvvür yaradır.
Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdanornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinəmənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləriilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıqquruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
 
 
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarıtürbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləriəksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusifibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırdamövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkroğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçünobrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorlarınzərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornamentbəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyalarıbədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəmininyaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcədə müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir.Marağadakı "Göy günbəz" türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmiüslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığınıninkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ənqədimi "Qırmızı günbəz" türbəsidir (1148, memar Bəkir Məhəmməd). Budövrdə Urmiyada tikilmiş "Üç günbəz" türbəsi (1185, memar Əbu MənsurMusa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsullarıdaşdan tikilmiş türbələrdə - Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakıGülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babıkəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddinolması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində(XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibnƏyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşaminarəli türbə; minarələr XII yüzil - XII yüzilin əvvəli, türbə XIVyüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIVyüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memartərəfindən yaradıldığı ehtimal olunur.
 
 
 
X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları,bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərinkitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında vədigər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan Məhəmməd ibnCəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəliplitə X yüzil), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), MəhəmmədƏbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI yüzil;əsərləri məlum deyil), onun oğlu Bəndan ibn Möhsün (XII yüzil; əsərləriməlum deyil), nəvəsi Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyirtürbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.), Aşur İbrahim oğlu(İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud(XII yüzil; əsərləri məlum deüyil), Əbu Mənsur Musa oğlu (Urmiya ş.yaxınlığında "Üç günbəz" türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada"Göy günbəz türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XIIyüzil), cəmaləddin (indiki Naxçıvan MR-nın Xanağa kəndindəki Əlincəçayxanəgahında türbə, XII yüzilin sonu - XIII yüzilin əvvəli), ƏhmədƏbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil), ƏbdülməcidMəsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğluŞirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235),Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminintürbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiyaşəhərində) məscid minarəsi, 1236-46), Mahmud ibn Maqsud (Pirsaatçayxanəgahının minarəsi, 1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiullaməscidi; XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyadaməscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakıyaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi,1305-13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322),gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oymabəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331),Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musaoğlu (Nardaran Xan hamamı, 1388) və b. 10-14 yüzillərdə Azərbaycanmemarlığının ən dəyərli örnəklərini yaratmışdır.
 

XII-XIII yüzillərdə Azərbaycanda bir sıra möhtəşəm körpülərsalınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII yüzil) və11 aşırımlı (XIII yüzil) Xudafərin körpüləri, indiki Qazax rayonundakı4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII yüzil), Gəncəçayın üzərindəsalınmış 3 körpü (qalıqları; XII-XIII yüzillər), Güney AzərbaycanındaMinayə ş. yaxınlığında Qızılüzən çayı üzərindəki körpü ("Qız körpüsü",XII yüzil) və b. Xüsusilə diqqəti cəlb edir.
 
 
Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq abidələri üçün daşkonstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daşüzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınqqalaminarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memarMəsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memarƏbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası(1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. buməktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakılimanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların"Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir.Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, ustaZeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsudoğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdənadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsubolan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçayxanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dinikompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarınadı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402),indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) vəBakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeronmemarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.
 
 
 

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıqsahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisiHülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanasıtikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbrizşəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizinətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.
 
 
 
XV yüzilin sonu - XVI yüzilin əvvəllərində Səfəvilər dövlətininyaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibatimərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi vəiqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərinböyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı.Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.
XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə dəfəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləriyaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat,Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycanmemarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin(1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı ustaƏhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin(1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlifboyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra ISultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar ƏliTəbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır)İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini(1522) tikmişdir.
 
 
Просмотров: 1365 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Декабрь 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz