AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 26.04.2024, 13:33
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
26.04.2024
13:33


Axtarmaq
Главная » 2011 » Июнь » 21 » Ata və qız
11:04
Ata və qız
 
0 Yaşında
Ata :
Bu şirin necədə kiçikdi. İndi bu kiçik şey mənim qızımdı? Gözləri də mənə nə qədər çox bənzəyir...

Qızı :
Bu gözlərini məndən heç ayırmayan kişi yəqin mənim atamdı...

5 yaşında

Ata :
Şahzadəm mənim, gözəl qızım... De görüm atan sənə nə alsın?

Qızı :
Ən çox atamı sevirəm... Atam, niyə anamla yatır? Həmişə mənimlə yatsın, başqasını sevməsin...

10 yaşında

Ata :
Getdikcə yaramaz olur, kimə oxşadı bu qız?

Qızı :
Mən atama aşiqəm, onu çox sevirəm. Böyüyəndə atam kimi kişiylə evlənəcəm. Atam bu ay cibxərcliyimi artırar görəsən?

15 yaşında

Ata :
Nə qədər də tez böyüdü... Evə də get-gedə gec gəlməyə başladı, bu gedişlə başına pis bir iş gələcək... Məncə bundan sonra onunla daha sərt danışmalıyam...

Qızı :
Atamın ucbatından yoldaşlarımla istədiyim qədər vaxt keçirdə bilmirəm. Mənə təzyiq etməsindən nifrət edirəm... Nə vaxt azad olacağam?

20 yaşında

Ata :
Artıq sözümü dinləmir, məndən gedərək uzaqlaşır. Öz pulunu da qazanmağa başladı, mənə ehtiyacı qalmadı təbii. Uzun zamandır şirin bir-iki söz keçmədi aramızda onsuzda.. Evədə davamlı olaraq oğlanlar zəng edir. Yəqin qızım əldən gedir.

Qızı :
Hər dediyimə sözdən inciyir və məni heç cür başa düşmür. Hələ keçən gün geyindiyim mini yupkayada acıqlanmışdı. Buna nə deməli? Evdən ayrılıb, öz həyatımı qurmalıyam... Uşaq rəftarı görməkdən bezdim artıq!

25 yaşında

Ata :
Bir gün bunun olacağını bilirdim... Offf qızım artıq evlənir... Onsuzda aramız əvvəl ki, kimi deyildi. İndi bir də əri var... Şahzadəm məni tərk edir.

Qızı :
Belə bir gündə o bədbəxt ifadəni geyinməsinə nə ehtiyac var ki? Bilirəm, onu heç cür içinə həzm edə bilmədi. Buna gorə edir... Öz xəyalındakı kürəkən deyil axı. Sanki birlikdə yaşayacaq olan odu mən yox...

30 yaşında

Ata :
Çox az görüşürük. Daha sıx bir yerə gəlsək nə yaxşı olar. Həm nəvələrimçündə çox darıxıram... Öz yoldaş ətraflarından fürsət tapıb da bizə gələ bilmirlər ki...

Qızı :
Atamada çox laqeyd yanaşıram yəqin. Yenə telefonda çox kədərli gəldi səsi. Ən yaxşısı həftənin sonu onlara qonaq gedib, sürpriz etməkdi...

40 yaşında

Ata :
Qızım, mənim intellektual səviyyəmi bəyənmir. Ona görə zamanın gerisində düşünürmüşəm... Halbuki kiçikkən dərslərinə həmişə mən kömək edərdim... Anlaya bilmədiyi bütün problemləri məndən soruşardı. İndi məni bəyənmir... Bir daha onunla əsla siyasi muzakirələrə girməyəcəm

Qızı :
Atam gedərək daha da uşaq kimi davranır... Davamlı bir şeylərdən şikayətlənir... Hərçənd son zamanlarda sağlamlığı da yaxşı deyil amma... Ya ona bir şey olarsa??? Onsuzda heç bir zaman dilədiyi kimi bir övlad da ola bilmədim...

45 yaşında

Ata :
Qızımın xoşbəxt bir yuvası olması nə gözəldir... Gözüm arxada getməyəcəyəm. Hər şeyi özü bacardı... Onunla qürur duyuram...

Qızı :
Atam üçün çox narahat oluram. Onu itirməyə hazır deyiləm... Dərmanlarına da həmişə laqeydlik edir. Allahım onu məndən alma.

50 yaşında

Ata :
Dünyada xoşbəxt qal qızım !...

Qızı :
Sənin üçün çox darıxacağam və axtaracağam, Atacan. İndi mən kiminlə məsləhətləşəcəm, kim kömək edəcək mənə...? Nə olar getdiyin yerdə çox xoşbəxt ol... Və həmişə yanımda olduğunu hiss etdir...
Категория: Hekaye | Просмотров: 520 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz