AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Пятница, 26.04.2024, 19:19
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Пятница
26.04.2024
19:19


Axtarmaq
Главная » 2011 » Июль » 1 » Bakıyam [Hekayə]
21:28
Bakıyam [Hekayə]
 
 
                                                               
 
 
Gedənin arxasından nöqtə qoyun ki, gələnin adı böyük hərflə yazılsın. (J. Christophe)

Analı atalı yetim bir şəhərəm. Xəzərin sinəsindən yapışmış bir şəhər. Azanına oyadıb fahişəsi ilə yatırdanam insanları. Güllərimə aşiq olub şeirlər yazan şairlərin yalanıyam. Altlı-üstlü bir qəbirstanlıq anasıyam. Alçağı, oğraşı və namuslu fəqirini bir səma altına, bir torpaq üzərinə əkə bilmiş Allahın ən unudulmuş şəhəriyəm. Bayrağı bir kərə yüksələn anamın, müsəlman atamın boyunu yerə soxan bir qadınam.
Olmur ana, olmur... Özümü saxlaya bilmirəm pul görəndə. Oğlum İçərişəhərin orqanlarını, sovet məhləsini satıram. Gözüm doymur, ana! Kök sala bilmir ağaclar sinəmdə. Murdarlığımda çürüyürlər. Hər gecə küçəyə qovulan sərxoş ərlərin arvadı kimiyəm. Önümə çıxan ilk gözəl qadınla yatmaq üçün alışıb-yanan kişi kimiyəm. Uşaq kimiyəm, ana! Tərbiyəsiz uşaq.

Unuduram, ata! Hər gün nəsə unuduram. Böyük qardaşım Qarabağın ölümünü unutduğum kimi. Yox, ata, yox! Demə mənə yalan! Demə qardaşın sağdı. Demə qayıdacaq! Qoy unudum. Qoy içim qəmdən, iynələnim, sevişim sərxoşluğumla. Unudum məni qorumaq üçün şəhid olanları, qazi olanları. 50 manat təqaüd kəsim onlara ki, rahat olsun unutmaq. Yığışdırım müstəqilliyim uğrunda canından, qanından keçən oğulların şəkilini divarlardan, adlarını küçələrdən. Yatım Xəzərimin döşlərini qucaqlayaraq... Unudum torpağımı bəcərən ən qoca sakinimi. Unudum ki, o indi səfildi. Daha beli tutmur. Atıb qocalar evinə, unudum. Ya da bomj edim. Əlil arabası verim. Unudum qapısının rəngini... Ayırım sevənləri. Hər görüşləri sonuncu edim. Əlvidalar şəhəri olum. Qalstuklu eşşəklərə, qırmızı bantikli fahişələrlə oxşamaq istəsin hər uşağım. Kitablar ancaq qışda yada düşsün otaqları qızdırmaq üçün. Sobalarda yansın əbədilik.
Fəsillər kasıblar üçündü, ata! Ancaq onları xəstələndirə bilirəm şaxtamda. Ancaq onların evi su basır yağışımda. Ancaq onlar vəfalıdı mənə. Getmir. Gedə bilmir. Bəlkə getmək istəmir. Hər payız süpürür toz-torpağımı. Çirkləndirir pəncərələrimi. Doğulmur daha dahilər. Doğa bilmir axmaqlar insan. Sərxoş halımla, dumanlardayam. Rədd olub getmək istəyirəm başqa ölkəyə. İnsanlarsız bir skamya tapıb, bircə saat yatmaq istəyirəm. İşi düz gətirməyən söyməsin, tüfürməsin mənə. Gözləməyim aeraportlarda ancaq gediş bileti alan bəxtsizləri. Bacara bilmədim! Xöşbəxt edə bilmədim heç bir sakinimi. Azad edə bilmədim. Yalançıyam, dost! Hər dəfə fişənglərlə, körpülərlə, bulvarla, uduşuna çıxan pulsuz kolalarla aldadıram səni. Plastik əməliyyatlar hesabına gözəl görünməyə çalışan kaftarlaşan qadın kimiyəm. Ona görə heç bir şair vəsf edə bilmir. Ona görə heç bir rəssam çəkə bilmir. Ona görə heç bir sevgi yoxdu. Ona görə evlərin, dükanların, açıq nə varsa, hamısının qapıları kilidlənir. Çoxdan ölmüş bir şəhər və leş iyinə öyrəşənlərin nağılı beləcə bitir...
Digərlərindən fərqli olaraq mən mən ola bilmədim. Nə etdilər, nə də olmaq istədim.

Категория: Hekaye | Просмотров: 531 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz