AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Суббота, 27.04.2024, 03:37
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Суббота
27.04.2024
03:37


Axtarmaq
Главная » 2011 » Июнь » 25 » HƏZRƏTİ ƏLİ
12:57
HƏZRƏTİ ƏLİ

      

                                                                           


"Əli kimi gənc, Zülfüqar kimi qılınc yoxdur.”

Həzrət Əli Bədrdə "Allahın Aslanı" ləqəbini qazanmışdı. Bu ləqəbi qoşulduğu bütün qazvələrdə doğrultdu. Siyər kitablarımız onun Allah Rəsulu ilə 26-27 qazvəyə (döyüşə) qatıldığını xəbər verirlər. İmam Əli savaş meydanlarının qorxusuz qəhrəmanı olduğu kimi, həm də "Elmin qapısı"dır. Elm yolunda da söz sahibi idi. Həzrəti Əli elm və mücadiləni özündə birləşdirə bilən nadir şəxsiyyətlərdən biri olmuşdur. 

Uhud savaşında "Rəsulullah öldü” xəbərini alan bir çox səhabə qılınclarını atıb Mədinəyə geri döndü, bəziləri isə bu xəbərdən sarsılsa da "Muhəmmədin öldüyü bu dünyada siz niyə yaşayırsınız” deyərək müşrikləri öldürməyə davam edirdilər. Onlardan biri də Həzrət Əli idi. "O ölsə də onun davası yaşayır” deyərək qılıncını bir anlıq da olsa yerə qoymadı. Savaşa – savaşa bir gözü ilə də Rəsulullahı axtarır və Onu Uhudun təpəsində, üzü-gözü qan içində görüncə onun yanına yaxınlaşaraq bütün varlığı ilə Rəsulu qorumağa çalışdı. Onun bu şücaətini görən Rəsulullah da orda Həzrəti Əli haqqında hər kəsin qibtə edəcəyi bir söz söylədi: "Əli kimi gənc, Zülfüqar kimi qılınc yoxdur. Varsa bir qəhrəman o məhz Əlidir. Varsa Allahın qılınclarından bir qılınc o məhz Zülfüqardır.” Və imam Əli orada da Allah Rəsulunu qorumaq üçün canını fəda etdi. Eyni ilə hicrət öncəsində olduğu kimi.

Həzrəti Əlinin qatıldığı bütün savaşlar onun qəhrəmanlıq dastanıdır. Uhuddan həmən sonra qatıldığı savaş Bəni Nadir qazvəsidir. Bəni Nadir yəhudilərə aid bir qəbilədir. Mədinədə saldığı bir iğtişaşa görə Allah Rəsulunun əmri və Həzrəti Əlinin komandirliyi ilə Mədinədən çıxarılmışdılar.
Daha sonra Xəndək savaşı gəlir ki, Məkkə və onun ətraf bölgələrində yaşayanlar birləşərək böyük bir ordu ilə Mədinə üzərinə gəlirlər. Və təbii ki, Allah Rəsulu da hər dəfə olduğu kimi bu dəfə də müsəlmanlarla düşməni necə qarşılamaqları barəsində istişarə edir. Salman Farsinin təklifi ilə ərəblərə bəlli olmayan bir müdafiə üsulu seçilir, 4 metr dərinliyində, 5-8 metr enliyində xəndəklər qazılır. Burda da Həzrəti Əli qəhrəmanlığın ən uca zirvəsinə yüksələ bilir. Xəndəyin dar yerlərindən müşriklərin öndə gələnləri Mədinəlilər tərəfə keçərək meydan oxumağa başlayırlar. Onlardan biri də 100 əsgərə bədəl olan Amr İbn Abduvud idi. Müsəlmanlara meydan oxuyaraq "Cəsarətiniz varsa, qarşıma çıxın!” deyə bağırır. Müsəlmanlardan səs çıxmır. Hər kəs onun zəhmindən və igidliyindən xəbərdar olduğu üçün susur. Yalnız bir səs ucalır: "Mən, ya Rəsulullah” Bu səs Həzrəti Əlinin səsi idi. Rəsulullah Əliyə bu döyüşə qatılmağa icazə vermədiyi üçün Həzrəti Əli yerində oturur. Amr bu iddiasını üç dəfə təkrarlayır və hər dəfə yalnız Həzrəti Əli irəli atılmaq istəyir. Hər dəfə Rəsulun təkidi ilə yerində oturan Əli üçüncü dəfə dözmür. Mən gedəcəm, ya Rəsulullah, deyir. Allah Rəsulu başından sarığı çıxarıb Əlinin başına geydirir və onun ardınca dua edir.
Amr qarşısındakı 28 yaşlı bu igidə baxaraq "sən kimsən?"- deyə soruşur.
- Əli İbn Əbu Talib!
Bu ad Amra Bədrdən və Uhuddan tanış idi. Bəlkə də ona görə "Mən sənin atan Əbu Taliblə dostam. Sən get, başqası gəlsin deyir.” Həzrət Əli "Sən atamla dost ola bilərsən, lakin mənim düşmənimsən. Sən döyüşçü istədin, mən də gəldim. Burax boş sözləri qılıncını çək”- deyə cavab verir. Savaşacaqları sırada Həzrət Əli üç tələb irəli sürür:
1.Ya kəlməyi şəhadət gətir, dində qardaşım ol, canını əlimdən qurtar.
2. Ya çıx get, qanını axıtma, mən də qılıncımdan istifadə etməyim.
Hər iki təklifə rədd cavabı aldıqda o zaman:
3. Sən atlısan, mən piyada. En aşağı bərabər şərtlərdə savaşaq, deyə 3-cü təklifini edir.
Amr bu təklifi qəbul edir və atdan enir. Elə bir savaş olur ki, insanlar toz-dumandan xəndəkdə nələrin baş verdiyini görə bilmirdilər. Birdən Həzrəti Əli xəndəkdən çölə çıxır, üzünü-gözünü silir və yenidən xəndəyə geri dönür, bir neçə an sonra onun təkbir səsləri eşidilir. Allah Rəsulunun üzündə təbəssüm peyda olur, müsəlmanlar sevinirlər. Daha sonra Əlidən niyə çölə çıxıb, yenidən xəndəyə qayıtdığı soruşulunca "Öldürəcəyim anda üzümə tüpürdü. Və mən o an öldürmək istəmədim. Çölə çıxıb, nəfsimi təzkiyyə etdim. Nəfsim üçün deyil, Allah üçün öldürmək istədiyimdən əmin olunca geri döndüm və öldürdüm” deyir. Bu savaş əsnasında yalnız Əli belə düşünə bilərdi.
Həmin döyüşdə 10 minlik Məkkə ordusu darmadağın olur və bundan sonra məkkəlilər Rəsulullahla üz-üzə döyüşməkdən çəkinirlər.

Həzrəti Əlin qatıldığı və möhtəşəm bir qəhrəmanlıq nümayiş etdirdiyi qazvələrdən biri də Haybər qazvəsidir. Bölgədəki yəhudilər orada iğtişaş törədirdilər. Rəsulullah 1400 əsgər və 200 süvari ilə Haybərə doğru yola çıxır. Amma bu çox çətin bir savaş idi. Çünki yəhudilər özlərini qorumaq üçün orda 10 qala tikmiş və o qalalarda bir il boyunca çölə çıxmadan 10 min insanın yaşaması üçün bütün tədarükü görmüşdülər. Müsəlman ordusunu görən kimi qalalara çəkildilər və qapıları da bağlayırdılar. Düz 15 gün müsəlmanlar qalaları ala bilmədən geri dönürdülər. Bir gün Allah Rəsulu bayrağı Əbu Bəkrə verdi. Dedi "ya Əbu Bəkir, sabah sən gedəcəksən və ola bilsin ki, Allah zəfəri bizə sənin əlinlə nəsib edəcək”. Əbu Bəkr getdi, əlindən gələni etsə də qalanı fəth edə bilmədən geri döndü. Səhəri gün Rəsulullah bayrağı Ömərə verdi. Dedi "ya Ömər, bu gün sən gedəcəksən və ola bilsin ki, Allah zəfəri bizə sənin əlinlə nəsib edəcək”. Ömər getdi, o da əlindən gələni etdi, lakin qalanı fəth edə bilmədən geri döndü. O günün axşamı Allah Rəsulu dedi ki: "Ey müsəlmanlar, sabah bu bayrağı elə birinə verəcəm ki, Allah və Rəsulu onu sevir, o da Allah və Rəsulunu sevir və inşallah Allah onun əli ilə bizə fəth nəsib edər”. O gün 1600 adam kaş ki, Allah Rəsulu bayrağı sabah mənə versin deyə dua etdi, maraq və ümidlə gözlədilər. Sübh namazından sonra Allah Rəsulu müsəlmanlara "komandiriniz hanı?” deyə sual verdi. Hər kəs bir – birinin üzünə baxdı, Allah Rəsulunun kimi nəzərdə tutduğunu bilmədilər. Rəsulullah "Əli hanı?” deyə soruşdu. "Gözü ağrıyır, gələ bilmədi dedilər”. "Çağırın gəlsin”. Əli gəlincə onu yanına çağırdı, dua oxudu, əlini onun gözünə çəkdi. O gündən Həzrəti Əlinin gözü bir daha rahatsız olmadı. Bayrağı əlinə alan Həzrəti Əli ən böyük qala olan Nəim qalasına hücum etdi və qalanı aldı. Onun əli ilə Haybər fəth olundu. Haybər İslam aləmi üçün önəmli bir fəth idi. Həzrəti Aişədən "Vallahi Haybərin fəthinə qədər biz evimizdə xurma görmədik” deyə bir rəvayət, Həzrəti Ömərdən də: "O günə qədər qarın dolusu yemək yeməmişdik” deyə bir rəvayət var.
O gündən sonra müsəlmanlar iqtisadi baxımdan bir rifaha qovuşdular və siyasi olaraq da bölgədəki yəhudi təhlükəsi Haybərin fəthi ilə aradan qaldırıldı.

Категория: Islam | Просмотров: 1511 | Добавил: KRAL | Рейтинг: 1.3/3
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz