AzMIU-NEZDINDE FIZIKA-RIYAZIYYAT TEMAULLU LISEY Воскресенье, 28.04.2024, 22:14
Меню сайта
bolmeler
Yumor [9]
Seirler [4]
Islam [12]
Maraqli [27]
Sağlamlıq Dünyası [4]
Kulinariya [5]
Sevgi [10]
Hekaye [9]
Tel-kodlari [1]
FRTL [1]
Maraqlı və məsləhətli [10]
Mentiq [8]
Taninmislar [17]
ses verme
SEVDIYINIZ TV-KANAL?
Всего ответов: 414
statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
xaisimiz

http://KENDЭ

forex
Adminle elaqe
Famil Mahmudov : famo444@mail.ru - Kamran Esgerov : esgerov567@mail.ru
Reklam
Saygac
free counters
sayta giris
Воскресенье
28.04.2024
22:14


Axtarmaq
Главная » 2011 » Июнь » 20 » Nə edəkki, Orucumuz qəbul olsun?
22:36
Nə edəkki, Orucumuz qəbul olsun?
 
Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: "O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”. "Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: "Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”.

İmam Baqir (ə) Cabirə deyir: "Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar”.

ORUCUN BƏZİ HİKMƏTLƏRİ

Həzrət İmam Sadiqdən (ə) orucun vacibliyinin səbəbini soruşurlar. Həzrət (ə) cavab verir: "Allah orucu ona görə vacib buyurmuşdur ki, kasıbla-varlı, imkansızla-qüdrətli bərabər olsunlar. Çünki varlı insan aclığın acısını hiss etmir ki, lazım olan zaman kasıba rəhm və mehribanlıq etsin. Varlı insan nə zaman nə istəsə, onu əldə edə bilir. Ona görə də Əziz və Cəlil Allah bəndələri arasında bərabərlik yaratmaq istəyir və aclığın acısını varlı insanlara dadızdırır ki, kasıblara ürək yandırsınlar və ac adama rəhm etsinlər”.

Agah olmaqla hiss etməyin arasında çox fərq var. Ancaq oruc tutan zaman, xüsusilə də gün uzun olanda və qızmar havada oruc tutan zaman kasıb insanların çəkdikləri acıların ancaq kiçik bir hissəsini hiss etmək olar.

Məsumların (ə) dəyərli sözlərində oxuyuruq: "Bu aclıq və susuzluq, Qiyamət günü Məhşər səhrasında hiss olunacaq aclıq və susuzluq üçün zəminədir”.

İmam Rza ( ə) buyurur: "Orucun vacib olmasının hikmət və sirlərindən biri də odur ki, insanlar aclıq və susuzluğun acısını dadsınlar və nəticədə özlərinin axirət dünyasındakı nalə və zarımalarını dərk etsinlər”. Hədisin davamında gəlir: "Bu əməl ona görə vacib olmuşdur ki, oruc tutan insan Allahdan qorxsun və Haqq qarşısında zəlil, xar və möhtac olsun. Oruc tutan, Haqqın rizasının axtarışında, səbir və ürfani səviyyədə qərar tutsun və çətinliklər nəticəsində özünə savab və mükafat qazandırsın, həmçinin oruc nəfsani istəkləri sındırar”.

İbadətin sirlərini və rəmzlərini dərk etməyin yollarından biri də az yemək, aclıq və orucdur.
Əmirəl-Möminin (ə) buyurur: "Əziz və Cəlil Allah beş şeyi, beş şeydə qərarlaşdırıb: izzət və baş ucalığı - itaətdə, zillət və xarlığı - itaətsizlikdə, həqiqətlər fəlsəfəsinin dərk və hikmətini - az yeməkdə, heybəti - gecə namazında və ehtiyacsızlığı - qənaətdə qərar vermişdir”.
 
 
Категория: Islam | Просмотров: 452 | Добавил: KRAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Saat
-->
Like edenler
Teqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Hava
HAVA pROQNOZU

RegionGecə / Gündüz
Bakıbigazhava    23 / 30
Sumqayıtbigazhava    22 / 30
Naxçıvanbigazhava    18 / 32
Xankəndibigazhava    14 / 25
Kəlbəcərbigazhava    11 / 22
Laçınbigazhava    11 / 23

Reklam
proqramlar
dini sozler
Reklam
paylas
famo444@mail.ru
Конструктор сайтов - uCoz