Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayla
... Читать дальше »
Duz Qala kəndinin istehsal sahələrindən biri olub. Qala duzu özünün kimyəvi tərkibinə və dadına, eyni zamanda rənginə görə digər ərazilərdə toplanan duzlardan fərqlənib. XIX əsrin 30-cu illərində Qalanın duz göllərindən 30000 xalvara qədər duz yığılarmış. Şura hökuməti qurulana qədər qalalılar duzdan qazanc mənbəyi kimi istifadə ediblər. Çuvallara yığılan duz dəvələrə yüklənərək Azərbaycanın müxtəlif bölgələrinə satılmağa aparılırdı. Dəvə karvanı tək duz yox, həm də tuluqlarla neft daşıyırdı. Ona görə də, kənddə dəvəçilik, atçılıq inkişaf etmişdi.
Rəvayətə görə, yerli xanlardan biri duz göllərini kəndlilərə icarəyə vermək istəyi
... Читать дальше »
16 metr hündürlüyündə inşa edilmiє qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Silindr formalı qalanın qülləsinə qalxmaq üçün bir yolu, üç otağı var. Qalanın quruluşu elədir ki, otaqlardan və qüllədən giriş qapısını nəzarətdə saxlamaq mümkündür. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalan
... Читать дальше »
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişafmərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılanBərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dinibinalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdəXilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərinyaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləriyarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıqməktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıqməktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığıbinal
... Читать дальше »
Xudu Məmmədov səksən il əvvəl Qarabağda - Ağdamın Mərzili kəndində dünyaya göz açmışdı. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Üç övladı - Xudunun, Oqtayın, Məhbubun üstündə yarpaq kimi əsər, onların təlim-tərbiyələrinə ciddi diqqət yetirərdi Doğma kəndlərində 7 illik məktəbi bitirəndən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alıb. 1946-cı ildə o, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya f
... Читать дальше »