Nə vaxtsa sənin həyatına daxil olacaq qız - sənin sevdiyin qız ... bir gün soruşacaq səndən mənim barəmdə ...
Nə deyəcəksən ona?
Dərhal haqqımda xatirələr oyanaraq, simanda təbəssüm yaranacaq və sən deyəcəksən: Ə-VƏZ-O-LUN-MAZ ......
O, həmişə müxtəlif cür olurdu... Eyni anda həm gülər, həm hirslənər, həm də ağlaya bilərdi... Yaz Günəşi kimi idi... gəldiyi an ürəyimi isidər, ruhuma rahatlıq verər, bəzən isə qış kimi soyuq davranardı ... O, güldürməyi bacarırdı... O, gecə yarı eyvanda sakitcə oturub saatlarla yağan yağışı dinləyə bilərdi... O, qızılgülü və çobanyastığını dəlicəsinə xoşlayardı... O, dəli, səs-küyçü, eyni zamanda sakit və çox yaxşı biri idi... Qısqanılmaqdan zəhləsi gedirdi, dəli kimi qısqansa belə bunu gizlədər, qısqanc deyiləm, yeganə olmağa öyrəşənəm deyərdi... O, sevməyi hər kəs kimi bacarmırdı, hər kəs kimi sevə bilmirdi... Onun sevgisi hər kəs kimi deyildi... O, fərqli sevirdi... O, fərqli idi...
Bu zaman yanında olan qısqanc bir şəkildə soruşacaq səndən: "Əgər O bu qədər yaxşı idisə, niyə ayrıldınız ?!” Siqaretin tüstüsünü ciyərlərinə çəkərək, asta bir səslə : "...... O, bağışlamağı bacarmadı...” deyəcəksən
Amma Bəlkə də, haqqımda kimsəyə söz açmayaraq, sonsuzadək məni gizlədəcəksən - qəlbində......
|