Vəsaitlər: 1 stəkan şəkər tozu 2 yumurta 1 paket yumşaq marqarin (mən paketin 3/4ünü istifadə etdim) 1 paket qabartma tozu Götürdüyü qədər un Darçın, pudra şəkəri
Hazırlanması:
Xəmiri yumşaq hala gələnə qədər yoğururuq. Unu yaxşı nizamlamaq lazımdır. Əgər un çox olsa, xəmir quru olur və rahat açılmır.
Yoğurduğumuz xəmiri 1-2 mm qalınlığında yayıb bir stəkan köməyiylə dairələr çıxarırıq. Dörd dənə dairəni bir-biri üstünə yarım düşəcəyi şəkildə qoyuruq. Bir ucundan başlayaraq rulet edirik. Etdiyimiz bu ruleti ortadan ikiyə bölürük. Beləliklə də 2 dənə gül şəkli əldə etmiş oluruq.
Bu şəkildə 32 dənə gül etdikdən sonra qalan xəmirə darçın əlavə edib yaxşıca yoğururuq. Yenə 1-2 mm qalınlığında açıb bu səfər peçenye qəlibləriylə şəkillər çıxarırıq. Mən bir az daha incə edib şəkilləri üst üstə qoyub sobaya qoydum.
Beləcə həm tez bişir həm də quru biskvit k
... Читать дальше »
1/2 paket marqarin 1/2 stəkan şəkər tozu 1 stəkan un 1 stəkan hindqozu 1 stəkan yulaf əzməsi 1 yemək qaşığı bal 2 yemək qaşığı qaynar su 1 çay qaşığı karbonat
Anzak Biskvitinin Hazırlanması:
Yağı əritməyə başlayanda içinə bal əlavə olunar. Əriyən yağa əvvəl qaynar su, sonra karbonat əlavə olunar. Ayrı bir qabda yulaf əzməsi, un, hindistan qozu və şəkəri qarışdırılır sonra yağ qarışığını əlavə edilir və qaşıqla yaxşıca qarışdırılar. Nimçəyə qaşıqla qarışıqdan qoyun, amma yayılmasın. Yaxşıca istilənmiş 170 dərəcəlik sobada bişirin.
Vəsaitlər: * 3 su stəkanı un * Yarım şəkər tozu * 1 su stəkanı + 2 yemək qaşığı duru yağ * 3 ədəd yumurta * 1 qaşığ vanil * 2 su stəkanı toz şəkər * Yarım şirin qaşığı karbonat * 2 orta boy armud * 1 su stəkanı iricə döyülmüş qoz
Hazırlanması: * Sobanı 175 C`yə gətirin. Dərin bir keks qəlibini yağlayın. * Un, şəkər, karbonatı və duzu bir ələyin. Ortasını hovuz kimi açıb yağı, yumurtaları və vanili əlavə edin. * Armudu və qozları qarışdırın. Əldə etdiyiniz sıx qarışığı qaşıqla qaba tökün. * Sobada 60-70 dəqiqə, batırdığınızı çıxana qədər bişirin. * 20 dəqiqə qəlibində soyutduqdan sonra çıxarın və sobanız üzərində tamamilə soyumasını təmin edin.
Vəsaitlər: 1 ədəd orta çəkili balqabaq 1 dəstə ispanaq 50 qram pendir 1 çay stəkanı fıstıq 1 çay stəkanı quru üzüm
Sous üçün: 2 şorba qaşığı zeytunyağı 2-3 şorba qaşığı limon suyu
Hazırlanması: Balqabağı ikiyə kəsin və içindəkilərini təmizləyin. İçini bir qaşıqla çıxarın. Yuyulmuş ispanağı incə qıyın və balqabağın içinə qatın. Qıyılmış ya da rəndələnilmiş pendiri ispanağın üzərinə səpin. Fıstıqları və quru üzümü qarışdırın. Çıxardığınız balqabaq parçalarını dilimləyib salata qatın. Zeytunyağı və limon suyunu bir qabda qarışdırıb, salatın üzərinə gəzdirərək süfrəyə təqdim edin.
100 qr un yarım yumurta 15 qr ayçiçəyi iyağı az miqdarda yaş maya 25 qr süd 150 qr ispanaq yarım limon 15 qr dolmalıq fındıq qızartmaq üçün günəbaxan yağı
Hazırlanması:
Un, yumurta, süd və mayanı qarışdırıb xəmir halına gətirin. Bir qazanda ispanaqları günəbaxan yağı ilə qızardın. Xəmiri oxlov ilə açın. Çobanyastığı çevrə ilə yumru parçalar kəsin. İçlərini ispanaq ilə doldurub üçbucaq şəkildə bağlayın. Qızğın yağda qızardıb xidmət edin.
Çiyələkli Bazlama
Tərkibi:
1 ədəd yumurta 4 şorba qaşığı bəkməz (mən 2 şorba qaşığı bəkməz + 2 şirin qaşığı stevia ekstresi ilə etdim) 3/4 su stəkanı süd 1 ədəd portağalın rəndələnmiş qabığı 2 şorba qaşığı zeytunyağı 1 stəkan buğda unu 1 çay qaşığı karbonat 1 ovuc incə çəkilmiş yerfıstığı 1 ovuc incə doğranmış çiyələk