Vəsaitlər: 1 stəkan şəkər tozu 2 yumurta 1 paket yumşaq marqarin (mən paketin 3/4ünü istifadə etdim) 1 paket qabartma tozu Götürdüyü qədər un Darçın, pudra şəkəri
Hazırlanması:
Xəmiri yumşaq hala gələnə qədər yoğururuq. Unu yaxşı nizamlamaq lazımdır. Əgər un çox olsa, xəmir quru olur və rahat açılmır.
Yoğurduğumuz xəmiri 1-2 mm qalınlığında yayıb bir stəkan köməyiylə dairələr çıxarırıq. Dörd dənə dairəni bir-biri üstünə yarım düşəcəyi şəkildə qoyuruq. Bir ucundan başlayaraq rulet edirik. Etdiyimiz bu ruleti ortadan ikiyə bölürük. Beləliklə də 2 dənə gül şəkli əldə etmiş oluruq.
Bu şəkildə 32 dənə gül etdikdən sonra qalan xəmirə darçın əlavə edib yaxşıca yoğururuq. Yenə 1-2 mm qalınlığında açıb bu səfər peçenye qəlibləriylə şəkillər çıxarırıq. Mən bir az daha incə edib şəkilləri üst üstə qoyub sobaya qoydum.
Beləcə həm tez bişir həm də quru biskvit kimi bir dadı olur. Sobadan çıxartdıqdan sonra üzərinə pudra şəkəri səpirik.