100 qr un yarım yumurta 15 qr ayçiçəyi iyağı az miqdarda yaş maya 25 qr süd 150 qr ispanaq yarım limon 15 qr dolmalıq fındıq qızartmaq üçün günəbaxan yağı
Hazırlanması:
Un, yumurta, süd və mayanı qarışdırıb xəmir halına gətirin. Bir qazanda ispanaqları günəbaxan yağı ilə qızardın. Xəmiri oxlov ilə açın. Çobanyastığı çevrə ilə yumru parçalar kəsin. İçlərini ispanaq ilə doldurub üçbucaq şəkildə bağlayın. Qızğın yağda qızardıb xidmət edin.
Çiyələkli Bazlama
Tərkibi:
1 ədəd yumurta 4 şorba qaşığı bəkməz (mən 2 şorba qaşığı bəkməz + 2 şirin qaşığı stevia ekstresi ilə etdim) 3/4 su stəkanı süd 1 ədəd portağalın rəndələnmiş qabığı 2 şorba qaşığı zeytunyağı 1 stəkan buğda unu 1 çay qaşığı karbonat 1 ovuc incə çəkilmiş yerfıstığı 1 ovuc incə doğranmış çiyələk
Hazırlanması:
Yumurtanın ağını və sarısını ayırın. Yumurta sarısına bəkməz, süd, portağalın rəndələnilmiş qabığı (limon da istifadə edilə bilər) və 2 şorba qaşığı zeytunyağı əlavə edib yaxşıca qarışdırın. Ayrı bir yerdə un və karbonatı qarışdırın, qarışığa əlavə edin. Yerfıstığı və çiyələkləri də əlavə edin. Yumurta ağını bir az duz ilə çırpıb, qar halına gətirin. Qatılaşdığı zaman qarışığa əlavə edin və yüngülcə qarışdırın. Yapışmaz səthli tavaya heç yağ əlavə etmədən (arzu etsəniz bir az zeytunyağı ola bilər) qarışıqdan bir şorba qaşığı qədər töküb, önlü-arxalı yaxşıca qızarana qədər bazlamaları bişirin. İlk sınaqda 2 şirin qaşığı stevia ekstresi və orijinal tərifdə verilən bəkməz nisbətini yarısını istifadə edərək, 2 şorba qaşığı bəkməz istifadə edənddə dadı çox gözəl olacaq.