Vəsaitlər: 1 ədəd orta çəkili balqabaq 1 dəstə ispanaq 50 qram pendir 1 çay stəkanı fıstıq 1 çay stəkanı quru üzüm
Sous üçün: 2 şorba qaşığı zeytunyağı 2-3 şorba qaşığı limon suyu
Hazırlanması: Balqabağı ikiyə kəsin və içindəkilərini təmizləyin. İçini bir qaşıqla çıxarın. Yuyulmuş ispanağı incə qıyın və balqabağın içinə qatın. Qıyılmış ya da rəndələnilmiş pendiri ispanağın üzərinə səpin. Fıstıqları və quru üzümü qarışdırın. Çıxardığınız balqabaq parçalarını dilimləyib salata qatın. Zeytunyağı və limon suyunu bir qabda qarışdırıb, salatın üzərinə gəzdirərək süfrəyə təqdim edin.