Nə yazılmalı ki silinib getməsin, nə deyilməli ki unudulub bitməsin. Səssizliklə başlayan bir hekayə bu əgər başladığı kimi bitəcəksə sonu, yaşanan hər nə varsa sil, getsin. Xəyallarda gerçək kimi yaşayarkən səni, ümidlərdə bitdi bir zaman, sevgilər də Səni sevirəm çünki nə vaxt şeir oxusam, misralarından sən axırsan, gözlərimdən yaşlar süzülüb şəkilinə damcılayır, səssizlik saralır içimdə, susuram Tam tapdım dediyin anda itirmək nədir bilərsənmi? Atılmışlığı hiss etdiyin oldumu? Xəyalıyla yaşamağı əzbərlədinmi? Dəlicəsinə sevdiyin amma onun səni sevmədiyini öyrəndiyin o anı heç yaşadınmı? Onun əskik yanlarını belə sevə bildinmi ? Tərk edilişə ilk dəfə görürmüş kimi baxdınmı? Əlvidasız ayrılıqlar ağrıtdımı içini? Göz qapaqlarına inad, yatmadığın oldumu gecələr tərəfindən? Yalnız şam işığının işıqlandırdığı otağında onu düşündüyün oldumu saatlarla? Əllərin onsuz qaldığında üşüdünmü? Eşidirəm susursan, yenə susursan, eynilə o zamanki kimi danışmırsan Səni sevirəm çünki hər gün bir az daha tükənərkən hər şey, mənliyim səssizcə inləyir mən susuram. Bir an əlindən tuturam, bir an sonra bəlkə də tamamilə əlimdən sürüşüb getmiş olursan, anlaya bilmirəm. Yenə sənsiz qalır qollarım, yenə islanır gözlərim..Yaşamam üçün tək səbəbim idin sən,lakin minlərlə səbəb vardı səni sevməm üçün Səni sevirəm çünki yaşanacaq bütün qeyri-mümkünlüklərdə sən varsan.Bir yerlərim ağrıyır dayanmadan. Səssizliyin çox şey söyləsə də bəzən susmağında incidər məni.Bilirəm, bəlkə də ən yaxşı mən bilirəm ki, susmasını bilmək, bildiyini söyləməkdən daha çətindi.Bir uçurum kimi dərinləşən səssizlik, bizi bir-birimizdən ayırdı.Məğlub olduq dostluğumuza, zamana, təkliyə, məğlub olduq bax! Hiyləgərcə qucaqladı səssizlik, belə birdən-birə, qəflətən və mən hələ unutmam lazım olduğunu söyləyənlərə inanmıram Hiss etdiklərimi söyləməkdənsə dost qalmağı, səni sənsiz yaşamaqdansa susmağı seçərəm.Sənin məni sevmə fikri belə məni xoşbəxt edə biləcək qədər gözəl və yaşama səbəbimdi! Səni sevirəm çünki sən mənim qara ağ dünyamı rəngləndirən o çox az şeydən birisən. Sənsiz hər andan qorxdum, qorxuram götürüb getmə əllərini, götürüb getmə gülüşlərimi, aparma xülyalarımı.Sən məndən getdiyindən sonra elə bezdim ki sənsiz özümdən. Səni sevirəm çünki hələ bir şeylər var imtina edə bilmədiyim.Mən hər kəs üçün şeir yazmazdım, bu həmişə qəribə gəlmişdi.Lakin indi sənin üçün şeir yazmamaq qəribə gəlir.Bu illərcə sürəcək və də heç dayanmayacaqmış kimi düşünərkən görürəm ki mənasını itirən bir şeylər var aramızda. Səni sevirəm çünki tam hər şeydən imtina etmişdim ki, qaranlığımın pərdəsini cırdı əllərin.Amma yenə müqavimət göstərdik səssizliyə, hələ danışılmadan qalan elə çox şey var ki! "Susduğun yerdə bir şeylər qırılır" Necə söyləyəcəyini səndə bilmirsən.. Susmağın lazımdır deyə susursan bəlkə də, dostluğumuz üçün. Ürəyim səndəykən hər addımda, ağılım səndəykən hər dəqiqə, unutmadım, unuda bilmədim səni!
|