"Sevgi dolu yaşamaq,həyatı yaşamaqdır.Həyatı yaşamaq sevgi dolu yaşamaqdır.Həyat ALLAHIN bizə bir hədiyyəsidir.Həyatı gözəl yaşamağımızda bizim ALLAHa hədiyyəmizdir.Onda onu çox gözəl bir həyat halına gətirək" Həmişə "Necəsən?" deyə soruşuruq bir-birimizdən.Özümüzü pis hiss etsəkdə "yaxşıyam" deyirik. Yaxşı olmaq,xoşbəxt olmaq mənasına da gəlmir əlbət.Amma biz bunu soruşmuruq bir-birimizdən."Bəs xoşbəxtsən?" demirik.Yaxşı olmaq deyəsən xoşbəxt olmaqdan daha önəmlidir bizim üçün. Bəzi insanlar həqiqətən yaxşıdır.Yaxşı olmaq bəzən halından məmnun olmaq mənasına gəlir çox zaman.Və bu da bir növ qəbul etməkdir həyatı.Razı olmaqdır.Boyun əyməkdir həyata.Basdırılmış duyğuların təkrarlanan bir həyatın sıradan axışın içində itib getməsidir.Heç yaşamamış olmaqdır bir ömür boyu. Ancaq xoşbəxtlik varlığımızın məqsədi olmalıdır.Var oluşumuzun mənası...Yaşama sevincimiz,içimizdən daşan coşğumuz,enerjimizdir xoşbəxtlik.Ən çoxda sevməkdir.Sevgini paylaşmaqdır.Dünyaları ürəyinə sığdırarkən,hər kəsin ürəyinə toxuna bilməkdir. Və əsla əlçatmaz deyildir xoşbəxtlik.Yaxınımızda,çox yaxınımızdadır xoşbəxtlik. Ancaq heç cür görə bilmirik... Həmişə uzaqlarda axtarırıq.Başqa insanların əllərində,ürəklərində zənn edirik.Bəlkə də bunu bildiklərindəndi tanrılar keçmiş zamanlarda xoşbəxtliyi ən tapılmaz yerə,insanların içində gizlətməsinin səbəbi.Onlar çox yaxşı bilirdilərki insanoğlu xoşbəxtliyi tapmaq üçün içlərinə baxmazlar. İlk günahla birlikdə yaşadığı cənnəti və xoşbəxtliyi itirən insan hələ də axtarış içindədir.Və içinə baxmaq heç cür ağlına gəlmir.