Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi. Oğul:"Salam Ata ! Sənə 1 sual verə bilərəm ?" Ata: "Əlbəttə!" Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?" Ata:"Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə sərt cavab verir. Ogul başını aşağı salaraq sakitcə deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim." Ata :"Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram." Usaq utanaraq: "Ata olar mənə 10$ borc verəsən?" Ata qaşlarını çataraq cavab verir :"Əgər 1 oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və yat !" Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək " Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım": düşünərək oğlunun otağına üz tutur. Ata qapını sakitcə döyərək "Oğlum yatmısan?": deyə soruşur. "Xeyir ata yatmamışam": deyə usaq cavab verir. Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır. Usaq pulu ğötürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır. Bunu görən ata 1 az təəccübli bir az da acıqlı halda soruşur: "Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?" Uşaq sevinc dolu körpə baxışları ilə atasına baxaraq cavab verir: "Ata mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et ."
Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailıəmizlə istədiyimiz qədər vaxt keçrmədiyimizə görə peşman olmayaq