1. Rəhmanın bəndləri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər.. (Qurani-Kərim)
2. Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki təvazökar olun ki, ALLAH sizi ucaltsın.. (Həzrəti Muhəmməd s.a.v)
3. Təvazökarlıq kimi şərəf yoxdur..(Həzrəti Əli əleyhissalam)
4. Cahildir özünü tərif edənlər, Çox bilirəm demə, bilsən də əgər.. (Əfzələddin Xaqani)
5. Dənizə min çay axar, o yenə sakit durar, Arxa bir sel gələndə çalxalanıb ləngər vurar.. (Nizami Gəncəvi)
6. Bir yerə gedəndə özünü öymə, Şeytana bac verib, kimsəyə söymə.. (Xəstə Qasım)
7. Təvazökarlıq ləyaqətin yalnız bəzəyi deyil, həm də keşikçisidir.. (Jozef Addison)
8. Təvazökarlığı alçalmaq dərəcəsinə çatdırmaqdan çəkinin.. (Abbasqulu ağa Bakıxanov)
9. Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.. (Jan Labrüer)
10. Hər şeydə, o cümlədən təvazökarlıqda da müəyyən bir hədd gözlənilməlidir.. (Anatol Frans)
11. Özü haqqında çox da yüksək fikirdə olmayan insan özünün hesab etdiyindən də yaxşıdır.. (İohann Volfqanq Höte)
12. Təvazökarlıq öz qabiliyyətini gizlətməkdə deyil, onu inkişaf və tətbiq etməkdədir.. (Jan Batist Anri Lakorder)
13. İnsan heç olmasa öz arzularında təvazökar olmağı bacarmalıdır.. (Fridrix Nitsşe)
14. Çayların ən sakit yerini ən dərin yerlərində, insanların ən səmimisini isə təvazökarların arasında axtarın.. (Po Cü)
15. Tərifə laqeyd olanlar deyil, tənqidə diqqətli olanlar təvazökardır.. (Jan Pol İohann Paul Fridrix Rixter)
16. Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır.. (Sədi Şirazi)
17. Alimin biliyi o,təvazökar olanda üzə çıxır.. (Sokrat)
18. Öz istedadını inkar etmək istedadlılıq əlamətidir.. (Uilyam Şekspir)
19. Həddən çox təvazökarlıq gizli qürurdan başqa şey deyil.. (Andre Mari Şenye)
20. Öz yerini bilsən, heç kəs səni qaldırmağa cəsarət etməz.. (Amerika atalar sözü)
21. Ağac bar verdikcə başını aşağı əyər.. (Azərbaycan atalar sözü)
22. Savadlı adam təvazökar, nadan isə lovğa olar.. (İngilis atalar sözü)
23. Ən dəyərli insanlar təvazökar olanlardır.. (Albert Eynteyn)
24. Təkcə onu bilirəm ki, mən heçnə bilmirəm.. (Sokrat)
25. Təvazökarlıq qürurun pəhrizidir.. (Mari Fransua Arue Volter)
26. Təvazökarlıq öz həqiqi dəyərini anlamaqdır.. (Antol Frans)
27. Təvazökarlıq yolunu tutanın qarşısında bütün yollar açılar.. (İohann Volfqanq Höte)
28. Təvəzözkarlıq yaşamağa bənzər: örtərək gözəlləşdirir.. (Cənab Şəhabəddin)
29. Təvazökarlığın bir şərti də budur: kim olursa-olsun, evdən çıxan zaman gördüyü hər şəxsi özündən üstün bilmədir.. (Həsən Bəsri)
30. Təvazökarlıq, istər cahildən, istərsə də uşaqdan olsun, haqqı eşitditin zaman qarşısında boyun büküb, onu qəbul etməkdir.. (Füzeyl İbn İyaz)
31. Mənim üç xəzinəm var. Onları göz bəbəyim kimi qoruyuram .Birincisi sevgi, ikincisi qənaət,üçüncüsü təvazödür. Yalnız aza qənaət edən insan comərddir, təvazökar olan insan da insanları yaxşı idarə edir.. (Lao Tszı)
32. Təvazökar olmaqla dərmanı olmayan dərdlərinizə dərman tapa bilərsiniz.. (Sokrat)
33. Meyvələri yetişmiş ağaclar başlarını yerə əydiyi kimi, ağıllı və seçilmiş insanlar da təvazökar olurlar.. (Sədi Şirazi)
34.İnsan torpaq kimi olmalıdır.. Torpağa pis şeylər də atılsa, o daim yaxşılıqla (çiçək, ağac və s.).. (Cüneyd Bağdadi)
|