Problem
Qadın ərinə dönüb gülümsəyərək yanağından öpmüş: Qadın: - Həyatım, məni çox sevdiyini bilirəm, hər yerə mənim şəkillərimi qoymusan, iş masana, pulqabına, ofisdəki otağına… Əri bir şərh etmə gərəyi hiss etmiş: Kişi: - Həyatım, sənin o şəkillərin, mənim ən böyük problemləri həll etməyimdə ən böyük köməkçidirlər... Qadın bir az daha qürurlanmış: Qadın: - Yəni sənin həyatında varlığım ilə bir qat daha qiymətliyəm. Əri yüngül bir gülümsəmə ilə və - Ondan deyil həyatım, nə vaxt həll edilməsi çox çətin ziyyəti yaxşıca açıqlamış. Kişi: bir problemlə qarşılaşsam, sənin şəkillərinə baxıb: "Hey, bundan böyük problem nə ola bilər ki?" deyib problemi tez həll edirəm.
3 Diləyin Var
Bir qadın bir gün golf oynayarkən topu meşəyə düşüb. Topu axtarmağa getmiş və bu zaman tələyə tutulmuş bir qurbağa görmüş. Qurbağa ona, "Məni bu tələdən qurtarsan, sənin 3 diləyini yerinə yetirəcəyəm" demiş. Qadın onu qurtarmış, qurbağa da "Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən dilə, ərin 10 qat yaxşısına və ya çoxuna sahib olacaq!" demiş. Qadın "Oldu" deyərək qurbağaya diləklərini söyləməyə başlamış. İlk dilək olaraq Dünyadakı ən gözəl qadın olmaq istəmiş. Qurbağa onu xəbərdar etmiş. "Bu dilək, sənin ərini də Dünyanın ən yaraşıqlı adamı edəcək və qadınlar onun başına yığışacaq" demiş. Qadın isə "Bu əhəmiyyətli deyil, çünki mən necə olsa Dünyanın ən gözəl qadını olacağam və nəticədə də onun gözü məndən başqasını görməyəcək" demiş. Beləcə Dünyadakı ən gözəl qadın olmuş. İkinci dilək olaraq, Dünyadakı ən zəngin qadın olmaq istəmiş. Qurbağa qadını yenə xəbərdar etmiş: "Bu ərini də Dünyadakı ən zəngin adam edəcək, səndən də 10 qat zəngin olacaq" demiş. Qadın "Bu da əhəmiyyətli deyil, çünki mənim olan onun, onun olan da mənim" demiş və beləcə Dünyadakı zəngin qadın olmuş. Qurbağa, üçüncü diləyini soruşduğunda isə qadın "Yüngül bir infarkt keçirmək istəyirəm" demiş…
|