Sevdiyiniz birinin üzünü, səsini, gedişini, duruşunu, qoxusunu, baxışlarını unutmağa başlamaq qədər insana acı verən az şey vardır.
Darıxdıqca, yaddaşından silinməyə başlar izləri bir-bir. Əvvəl gedişini unudarsan. Sonra duruşunu. Ardından baxışlarını. Deyərkən üzünü, o gözəl üzünü… Üzünün içindəki 1001 üzü. Gülümsəyən, baxan, hüzndən alabula olan üzünü unudarsan. Qoxusunu unutduğunu çox sonra fərq edərsən. Acı dolu bir iniltiyə çevrilər hər biri.
Ən son səsini unudarsan. Bütün bunların yaddaşından sırasıyla və zamanla silinməsi, onu artıq darıxmadığın mənasını vermir əlbət. Darıxmanın ən böyük yan təsiridir unutmaq.
|