Adi günəbaxan tumları sağlamlıq üçün inanılmaz dərəcə xeyirli imiş. İllinoys Ştatı Universtitetinin( Illinois State University - ISU)spesialistləri klinik təcrübələrin gedişində bu tumların yeni təəccüb yaradan xüsusiyyətlərini aşkarlayıblar.
Təcrübələr göstərir ki, Günəbaxan tumlarında süd vəzisi ,yumurtalıq, bağırsaq, dəri və ağciyər xərçənglərinin inkişaf riskini azaldan maddə vardır. Toyuqlar üzərində aparılan təcrübələrin gedişində bu nəticəyə gəliblər.İl ərzində Günəbaxan tumu ilə qidalanan toyuqların xərçənglə xəstələnmə halları xeyli azalmışdır. Hal-hazırda,alimlər bu təcrübəni insanlar üzərində də sınaqdan keçirtməyi planlaşdırırlar.Onlar əminliklə deyirlər ki,bu tumların insan sağlamlığı üçün əhəmiyətini asanlıqla sübut edə biləcəklər. Günəbaxan tumları insanı cavanlaşdırır
Günəbaxan tumu enerji dəyəri 100 qr – 578 kkal.
Yabanı günəbaxan tumu Avropaya 1510 –cu ildə ispanlar tərəfindən Şimali Amerikadan gətirilmişdir.Tərkibində zülal, yağ, amin turşuları, E, C vitaminləri və B qrupu vitaminləri vardır. Günəbaxan tumu yüksək bioloji dəyərə malikdir. Tərkibindəki zülalların miqdarına görə ətdən, yumurtadan üstündür. Asanlıqla həzm olunur. D vitamini mənbəyi kimi treska balığı ciyərindən daha qiymətlidir. Bundan başqa günəbaxan tumu təqribən qoz meyvəsi kimi müalicəvi xüsusiyyətlərə malikdir, dəri örtüyünü, selikli qışaları möhkəmləndirən, orqanizmdəki turşu- qələvi balansını normallaşdıran vitaminlərlə zəngindir.
100 qr günəbaxan tumunda 311 mq magnezium var ki, bu da çovdar çörəyində olandan 6 dəfə çoxdur. 50-60 qr günəbaxan tumu 25-30 qr günəbaxan yağına bərabərdir və organizmin doymamış yağ turşularına və E vitamininə olan günlük təlabatını tam ödəyir. Çiy günəbaxan tumu zədələnmiş yumşaq toxumaların, sümüklərin sağalmasına xəstəliklərdən sonra qüvvələrin bərpasına kömək edir, iştahı yaxşılaşdırır. Günəbaxan tumundan oteroskleroz, miokard infarktı və digər ürək – damar sistemi xəstəliklərinin profilaktikasında və qara ciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə olunur.
100 qr məhsulda olan qida dəyəri. Su, qr 8 Zülal, qr 20,7 Yağ, qr 52,9 Karbohidrat, qr 5 Enerji dəyəri, kkal 578
|