Sual: Ya peyğəmbər, dünyanın bər-qərar olması barədə nə deyə bilərsiniz? Cavab: Allahın Peyğəmbəri Həzrət Muhəmməd (s.ə.s) yəhudilərə belə cavab verir. Allah-taala dünyanı altı gün ərzində yaratmışdır. Birinci gün bazaar günü, axırıncı gün isə cümə günü olmuşdur. Birinci gün Allah-taala göyü yaradıb, ikinci gün (bazar ertəsi) Günəşi, Ayı, ulduzları və küləyi, xeyir-dua günüdə suda-quruda və göyün yeddi qatında yaşayan canlı məxluqları, məlakələri xəlq edib və havanı yaradıb. Dördüncü gün o, yaradıb və bütün canlı məxluqlara ruzi təyin edib. Həmin gündən çaylar axmağa başlayıb. Beşinci gün (cümə günü) Allah cənnəti yaradıb və ruhilər xəlq edib. Cümə günü Adəm və Həvvanı xəlq edib və elə həmin gün bütün mələklər Adəm peyğəmbərin qarşısında baş əyib. Deməli, şənbə gününədək görülən bütün işlər başa çatmış, şənbə günü yeni bir şey yaranmamış, aləmdə nə nizamsızlıq, nə də qurub-yaratmaq olmuşdur. Allah-taala dünyanı bir günün, bir saatın içində, hətda daha tez, bir anda yarada bilərdi. Dünya Allah-taalanın iradəsi ilə altı günün ərzində məhz o məqsədlə yaradılıb ki, zəif məxluq olan insanlar hər hansı bir işi görməkdə tələsməsinlər. Peyğəmbərimiz bu barədə çox gözəl buyurmuşdur:Tələsmək şeytan işidir, agıl və kamalla hərəkət etmək rəhimli Allahın buyurduğudur.
|