Bir sayt adminini əsgərliyə göndərirlər. Bir gün qarşı tərəfdən əsgər gəlir. Admin:Dayan! Şifrə nədir? Əsgər cavab verir:Bakı Admin: Bəs login?! * * * Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur : -Əzizim, sən məni həqiqətən sevirsən? Adəm kədərli bir halda : -Başqa birisi varmı ki? – deyə cavab verir. * * * Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub. * * * Baş həkim xəstəyə baş çəkir: - Artıq əməliyyatınız başa çatıb? - Bəli. - Necə oldu? - Üç minə? - Onu demirəm. Soruşuram, Sizin nəyiniz vardı? - Yalnız iki minim. - Yenə başa düşmədiz, deyirəm, narahtlıq nədən idi? - Qiymət yaman yuxarı idi, ay, həkim... * * * ABŞ-da polisə zəng: - Bizim qonşunun çoxlu pulu var. - Sənə nə?! - Pulu dövlətdən oğurlayana oxşayır. - Hələ bilmək olmaz. - Vergi də vermir. - Gəlirik!
Avropada polisə zəng: - Bizim qonşunun çoxlu pulu var. - Noolsun ki?! - Onu dövlətdən oğurlayana oxşayır. - Gəlirik!
Azərbaycanda polisə zəng: - Bizim qonşunun çoxlu pulu var. - GƏLİRƏMMM!!!! * * * Azərbaycanın təzə məmurlarından biri Moskvada taksiyə minib. Sürücüdən xoşu gəlməyən məmur öz-özünə deyir: - Ə, bu şoferin nə protivni mordası var?! Sürücü: - Tı sam protivnıy! - Oy daa... ə, bu bizim dili bilirmiş ki!
Ən bəyəndiyim lətifələrdir. Ümid edirəm sizdə bəyənərsiniz....