Ər ilə arvad Bir gün ər ve arvad bir yerdə yatırlar. Birdən qapı döyülür. Arvad deyir: tez ol qaç ərim gəldi. Kişi tez paltarını götürüb aradan çıxır. Yolda qaça-qaça gedəndə öz-özünə deyir. Əgər gələn onun əridisə onda mən kiməm?
Milçəklə söhbət Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir: aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər.
Dəlilərin məşqi Bir gün 2 dəli dəlixanadan qaçış planı hazırlayır və gecə qaçırlar. Səhəri gün hamı görür ki, bunlar yoxdu. Bir də görürlər ki, həmin 2 dəli qayıdırlar. Digər dəlilər soruşur ki, niyə qayıtdız. Qaçan dəlilərdən biri cavab verir ki, dünən məşq eləyirdik, bu gecə qaçacağıq.
İki ləzgi İki ləzgi olur bunlar meşəyə ova gedir. Yorulular, bir yerdə oturub yemək yeyirlər. Yemək yedikləri yerdə milçəklər bunları yemək yeməyə qoymurlar. Milçək ləzginin birinin alnına qonur, o birsi ləzgi deyir: can qardaş dayan dayan milçəyi vuracam. Ləzgi tüfəngdən ləzginin alnınan bir dənə vurur. Ləzgidə ölür milçək də. Ləzgi deyir: cəhənnəmə ki onlardan da biri getdi, bizdən də biri.
Nənənin harayı Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.
Səhrada su Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar: - Su, tez olun. Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur: - Qaynanmışdı?
Ağıllı dəlilər İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır. Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən? Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük
İt Kişinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar: axır qəmin olsun! Yaddan çıxar təzə it alarsan fikir eləmə. Kişi qayıdıb deyir: heç bilmirdim itimin bu qədər tanışı var.
Uşaq və sürücü Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra aftobus xarab olur. Sürücü düşüb aftobusu düzəldəndə bir oğlan gəlir deyir: dayı mən billrəm avtobusa nə olub. Sürücü deyir: Get başımdan. Sonra uşaq yenə gəlir deyir: mən billirəm axı. Sürücü deyir: Ay bala sənə deyirəm get başımdan. Uşaq yenə gələndə deyir mən bilirəm nə olub avtobusa. Sürücü deyir: hə nə olub? Deyir ki, avtobus xarab olub.
Kişinin şor gözlüyü Bir kişi olur evlənir, ancaq evləndiyi arvadlar ölür və beləliklə bir gün kişinin 5-ci arvadı da rəhmətə gedir. Kişi arvadın yasında oturub fikirləşir ki, elə növbəti arvadı da yasa gələn arvadlardan seçim. Amma arvadının meyidi elə qoyulubmuş ki, gəlib gedənləri görə bilmirmiş. Ona görə də cuşa gəlib mərsiyəyə başlayır. Götürün bu köndələni, gözüm görsün gələni.
|