Günümüzdə əl yumanın vacibliyini müzakirəyə ehtiyac yoxdur. Lakin hələ də bir çox insan əl yumanın düzgün qaydalarını və önəmini bilmir.Elə onun nəticəsidir ki,viruslar və törətdiyi xəstəliklər çoxalır.Araşdırmalar göstərir ki, yaxşı yuyulmamış əllərdən uzaqlaşmayan mikroorqanizmlər insandan insana keçə bilir.
ABŞ da aparılan ciddi bir yoxlama,əllərini düzgün,uyğun yumayan tibb işcilərinin 41% inde patojen (xəstəlik törədən) mikroorqanizmlərin önəmli bir qisminin 7 günə qədər qala bildiyi və keçə bildiyini göstərmişdir.Əl yuyularkən ilk önəm verilən şey,əldə mövcud olan mikroorqanizmlərın infeksiya törətməyəcək uyğun yerlərə tökülməsidir.
Əl yuyarkən aşağıda sıralanan nöqtələri bilmək önəmlidir.
1- Əl yumaq sabun, yuyucu toz və ya dezinfeksiya edici ilə yuyulmalıdır.Təkcə su ilə olmaz.
2- Əl yuyarkən ilıq su istifadə olunmalıdır.İsti su dərini yumşaldır və əksinə mikroorqanizm girişini asanlaşdırır.
3-Əl yuyularkən bütün bəzək əşyalarının çıxarılması məsləhətdir.
4- Sabunun quru tutulması çox önəmlidir.Uyğun şəraitdə istifadə olunmayan sabunlarda da,patojen (xəstəlik törədən) mikroorqanizmlərın törədiyini unutmayın. Sulu sabun istifadə olunursa sabun qabları tam olaraq boşaldığında təmizlənib qurulandıqdan sonra yenidən doldurulmalıdır.Belə olunmayan teqdird törəyən mikroorqanizmlər infeksiya keçməsinə səbəb olur.
5- Təsirli bir əl yuma işləmi 30sn ilə 1dəq arası olmalıdır.Əllər çox kirli isə bu müddət 2-5 dəq çəkə bilər.
6- Əllər sabun və ya yuyucu tozla biləklərə qədər yuyulmalıdır.
7- Sabunun suyun altına tutularaq köpüklərdən təmizlənməsi lazımdır.Köpük, sabunda mikroorqanizm yerləşimini sanlaşdıra bilər.
8- Əl yuyulan müddətdə sona qədər dirsəklərdən aşağıda tutulmalıdır.Beləcə kirli suyun barmaq uclarından axar.
7. Əllər yuyulduqdan sonra mütləq yaxşıca qurulanmalıdır.Çünki əllər yaş və ya nəmli qalarsa bakteriya keçməsi asanlaşar.
10- Yuma sonrası barmaq araları və ovuc içləri yaxşıca qurulanmalıdır.Qurulamada isə ən doğru seçim,kağız salfetlərdir.