Heç Quran oxuduqda buradakı ayələr vicudunuzu lərzəyə gətirərək sizi dünyadan ayırıb axirət barədə düşünməyə vadar etdimi? Amma Əbu Bəkr Vərraqın 7 yaşlı oğlu bu hissləri keçirdi.
Bu nə əfsanədir, nə də təxəylül. Hafizlik dərsi alan yeddi yaşlı uşaq bu ayəni oxuyur. "Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağsaçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!" ("Müzəmmil", 17).
Uşağın halı birdən-birə dəyişir, evə qayıdana qədər özlüyündə bu ayəni züm-zümə edir: "Əgər küfr etsəniz, əgər nankorluq etsəniz...". Evin astanasından atası onu görcək:" Nə oldu sənə, övladım? Niyə belə pərişansan? Nə üçün rəngin-ruhun qaçıb?" - deyə soruşur. Uşaq yalnız bu ayəni təkrar edə bilir. Bundan sonra evin astanasında ruhunu Allaha təslim edir. Zəmanənin adlı-sanlı alimlərindən olan Əbu Bəkr Vərraq ciyərparəsini dəfn edir, qəbri üstə fəryad edərək bu sözləri deyir:" Övladım, məgər atan axirətə inanmırmı?! Məgər atan bu günə qədər axirətə inanmayıb?!".
Biz də Quran oxuyur, axirətə inanırıq. Amma biz hara, onlar hara?!...
|