Nanə
dodaqçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir. Hündürlüyü 50
santimetrdən 100 santimetrə qədərdir. Nanə mədəni bitkidir və Orta
əsrlərin axırlarında ingilis botanikləri tərəfindən iki növ yabanı
yarpız nanəsinin bir-birinə peyvənd edilməsi nəticəsində əldə
edilmişdir.
O
vaxtdan bu bitki "əkilən nanə” adlanmış və ətirli iyinə görə dünyanın
bir çox yayılmışdır. Ağ nanənin gövdəsi və yarpaqları açıq-yaşıl, qara
nanənin gövdəsi və yarpaqları isə qırmızı-bənövşəyi rəngdədir. Bu günə
qədər dünyada nanənin 30-a yaxın növü məlumdur. Nanənin təzə və
qurudulmuş müxtəlif sahələrində və kulinariyada istifadə edilir. Nanədən
alınan efir yağı müxtəlif sərinləşdirici içkilərin ətirləndirilməsində,
qənnadı məmulatlarının souslaşdırılmasında işlədilir. Nanə yağı
ətriyyat və kosmetika sənatesində, həmçinin diş pastası və kosmetika
sənayesində, həmçinin diş pastası və diş tozu istehsalında istifadə
edilir.
Nanə efir yağının əsas tərkib hissəsi mentoldur. Mentoldan təbabətdə də
geniş istifadə olunur. Nanənin yarpaqlarında və çiçək tumurcuqlarında
0.8-3.5% efir yağı (yarpaqlarında 2-2.7%, çiçəyində 4-6%, gövdəsində isə
0.1-0.3%) var. Ən çox yağ bitkinin çiçəkləməyə başladığı dövrdə olur.
Bu vaxt efir yağının miqdarı 8.6%-ə çatır. Və su buxarı ilə qovularaq
əsas hissəsi ayrılır. Efir yağının əsas komponentləri mentol (41-70%) və
mentondur (16-18%). Efir yağının tərkibində həmçinin beta-pinen,
alfa-fellandren, mentol-asetat və s. var. Təzə yarpaqlarında 12mq %
karoten və P vitamini var. Nanədən və nanə efir yağından təbabətdə
geniş istifadə olunur. Nanə efir yağı validol, valokardin və s. kimi bir
çox ürək dərmanlarının tərkibinə daxildir. Yarpaqlarından hazırlanan
"nanə cövhəri” mədə-bağırsaq xəstəlikləri üçün ən yaxşı dərmandır.
FAYDALARI…
• Həzmi asanlaşdırır… • İştahanı açır… • Sidikqovucu və qazqovucudur… • Qaraciyər xəstəliklərinə qarşı faydalıdır… • Öd ifrazını nizamlayır… • Tənəffüsü asanlaşdırır… • Stresə qarşı faydalıdır… • Sinirləri sakitləşdirir… • Aritmiya ehtimalını azaldır… • Ana südünü artırır… • Yuxusuzluğu aradan qaldırır… • Antiseptik təsirə malikdir… • İshala qarşı faydalıdır… • Temperaturu aşağı salır… • Pazma ehtimalını azaldır… • Başgicəllənməsinin qarşısını alır… • Ürək-damar sisteminin fəaliyyətini nizamlayır… • Öskürəyi kəsir… • Bağırsaq qurdlarını salır… • Qripə qarşı faydalıdır… • Ağız iyini aradan qaldırır… • Dəri üçün ən yaxşı dərmandır… • Baş ağrısı və diş ağrısını aradan qaldırır… • Həyəcana və qoxuya qarşı faydalıdır…
|