Braziliyada kiçik bir qəsəbədə, Britiba Mirimdə 'uzunömürlü həyat' şəhər bələdiyyəsinin böyük əhəmiyyət verdiyi bir mövzu halına gəlib.Çünki şəhərin ciddi bir problemi var.Şəhərin tək qəbiristanlığında, ölüləri basdıracaq yer qalmayıb . Düşünüləcək ilk və ağla gələn həll əlbəttə yeni bir qəbiristanlıq sahəsi təsis etmək olardı amma şəhər və ətraf mühit qanunları səbəbiylə bu o qədər də asan deyil. Digər həll isə, heç kimin ölməməsidir.
Britiba Mirimin Bələdiyyə Başçısı da bu yolu seçdi və heç kimin ölməyəcəyindən əmin olmaq üçün də bu işi qanunla əlaqələndirdi. Artıq Britiba Mirimdə "ölmək qadağan"dır. 'Ölüm qadağası' xəbəri haqqında ilk məlumat verən yerli qəzet Agora Sao Paulodan jurnalist Danilo Almeida belə deyir: "Şəhərdə təxminən 30 min adam yaşayır və tək bir qəbiristanlıq var. Bu qəbiristanlıqda onsuz da çox sıxlıqdır. Bələdiyyə Başçısı beş ildir yeni bir qəbiristanlıq bölgəsi üçün icazə almağa çalışır."
"Ancaq Başçı başqa həll tapa bilməyincə, ölümü qadağan etməyə qərar verib.Əlbəttəki bunun bütün təbiət qanunlarına zidd olduğunun fərqindədir. Tək məqsədi səlahiyyətlilərin bu mövzuya diqqətini çəkə bilməkdir."
Əslində ölümü qadağan etmək, təbii olaraq ölümə haqq tanıyan Braziliyanın qanunlarını pozmaq mənasını verir.Yaxşı Bələdiyyə Başçısının gətirdiyi qadağaya əməl olunmazsa nə olacaq..? "Qadağa qanuni qüvvəyə mindiyindən bu günə qədər təxminən 10 adam qanunu pozub. Cəzaya gəlincə... hərhalda qanunu pozub ölmək kafi bir cəzadır." Ölüm qadağası davam edərkən, Bələdiyyə Başçısı və digər səlahiyyətlilərin bir yığıncaqla bu problemə, 'ölümsüzlükdən' daha tətbiq oluna bilər bir həll axtaracaqları ifadə edilir.