Birinci sinifdə oxuyan oğlum yoldaşı ilə evə gəlmişdi. Balaca qonağımla bir az söhbət etmək istədim.
- Yay tətili yaxınlaşır, velosipedin var?
Uşaq məsim gözləri ilə mənə diqqətlə baxıb cavab verdi:
-Anam hələ ki pulu olmadığını deyir. Hər halda sonra alar.
Uşağın verdiyi cavab maddi vəziyyətlərinin bu yaxınlarda düzələcəyinə ümid bəslədiyindən xəbər verirdi. Onun "hələ ki" ifadəsində güclü bir ümid gizlənirdi.
Bu söhbətdən bir neçə ay keçdi. Bir gün həmin uşağın parkda bir ağacın altında qum ilə oynadığını gördüm. Yavaşca yaxınlaşıb yanında oturdum
...
Читать дальше »