Əyilib "ruku" edəndə, düzəlib "qunut" tutanda, Möhürü öpəndə haqqa sürünür dizim, Əzizim. Baba Pünhan haqqı yazdı, sən isə bu haqqı yaydın, Qalacaq səninlə birgə, qalacaq izim, Əzizim! Baba Pünhan
Dostlarınız üçün tikanı ipəyə çevirməyi bacarın Naməlum
Biz ağıllı, savadlı, varlı olmaya bilərik, amma namuslu olmağa borcluyuq. S.Smayls
Adamlar çox vaxt öz səhvlərini ört-basdır etmək üçün qəzəblənirlər. A.Avqustin
Elə qadınlar var ki, bizim sədaqətimiz onları darıxdırıb bezdirir P.Ovidi
Musiqi insana onun varlığında yatan dahiyanə imkan və duyğuları açıb göstərir R.Emerson
Bəzən pisliyə qarşı mübarizə vasitəsi pisliyin özündən də pis olur. S.Publili
Xoş söz həm deyəni, həm də eşidəni xoşbəxt edir, təəssüf ki, biz buna vərdiş etməmişik A.Kapus
Belə hesab edilir ki, bütün fəlakətlərin kökü pula məhəbbətdədir. Eyni sözləri pulun olmaması barəsində də söyləmək olar. S.Batler
Əgər insan beynindən keçən bütün fikirlər söylənsə və həyata keçirilsəydi, dünya dərhal xaos girdabına düşərdi. C.Borqeze
Həyatımın payızına gəlib çıxdım. Elə bir meyvəli ağaca oxşamaq istəyirəm ki, hər bir tərpənişimdə meyvələrim dolu kimi yağsın L.Bethoven
Yazıçının əsəri atışmanı xatırladır; güllə birbaşa oxucunun beyninə də keçə bilər, yandan da ötə bilər L.Hollan
Dəvəcə boyun olunca, düyməcə ağlın olsun Atalar sözü
Dost iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır. Naməlum
Gözəllik - uca dağ zirvəsinə bənzəyir. Min bir əziyyətlə qalxdıqdan sonra aşağı düşməkdən başqa əlac qalmır. Naməlum
Müəllif bir pyes yazır, aktyorlar başqa bir pyesi oynayırlar, tamaşaçılar isə üçüncü bir pyesi görürlər. Naməlum
|