1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı? Bəli-3 / Xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu? Bəli-4 / Xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz? Bəli-4 / Xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi? Bəli-2 / Xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız? Bəli-3 / Xeyr-2
6. Krossvord həll etməyi xoşlayırsınızmı? Bəli-1 / Xeyr-4
7. Gimnastika ilə məşğul olursunuz? Bəli-3 / Xeyr-1
8. Başının tez-tez ağrıyır? Bəli-1 / Xeyr-2
9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz? Bəli-4 / Xeyr-1
10. Həmişə eyni saç düzümündə gəzirsiniz? Bəli-4 / Xeyr-1
11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi? Bəli-4 / Xeyr-1
20 və daha az - I Tip 21-25 bal - II Tip 25 baldan çox - IIITip
I Tip - Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.
II Tip - İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.
III Tip - Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.