Yay istisini və qarpızı bir-birindən ayrı təsəvvür etmək olmaz.Qarpız demək olar ki,dünyanın hər yerində insanların ləzzətli yediyi bostan bitkisidir... Sulu bir meyvə olan qarpız yay istilərində insanı sərinlətməkdən başqa bir çox faydalı xüsusiyyətlərə malikdir.İndi isə,qarpızın faydaları :
1. A və C vitaminləri baxımından olduqca zəngindir. Xüsusilə beta-karoten deposu kimi tanınır. 2. Likopen olaraq bilinən bir antioksidant qarpızda bol miqdarda mövcuddur. Bu antioksidantlar bədəndəki zərərli maddələri təsirsiz hala gətirir. Bu zərərli maddələr xolesterolun qan damarlarına yapışmasına səbəb olur və infarkta yol aça bilir. Qarpızdakı antioksidantlar bu maddələrə qarşı əvəzedilməz dərmandır. Likopen qarpızda da olan və meyvəyə qırmızı rəngi verən bir antioksidantdır. Likopen prostat vəzisinin xərçəngi riskini də azaldar. 3. Qarpız tərləmə zamanı itirdiyimiz natrium və kalium cəhətdən də zəngindir. 4. Qarpız likopen baxımından ən zəngin qida maddəsidir. 5. Enerji istehsalı üçün lazımlı olan B vitamini qarpızda bol miqdarda vardır. Qida mütəxəssisləri qarpızda xüsusilə B6 və B1 vitaminlərinin olduğunu bildirirlər. 6. Qarpız adamın hərarətini azldan və sərinlədici təsir göstərən bir bostan bitkisidir. 7. Qarpızda olan antioksidantlar asma, xərçəng, ürək tıxanıqlığı, prostat xərçəngi riskinin azaldılmasında köməkçi vasitədir. 8. Qarpız, yağsız bir qidadır,ancaq enerji istehsalında çox əhəmiyyətlidir. 9. Qarpız immunitedi gücləndirir və hüceyrələrin bərbasını sürətləndirir. 10. Qarpız böyrəkləri təmizləməklə qan dövranını yaxşılaşdırır..