Sevgi.... Sadəcə gülməli idi, lakin səni görməyincə....Hami sevərkən mən gülürdüm, indi isə həmin günləri xatırlayib gülürəm... Sənin gözlərinə baxanda bildim ki, men tamam başqa cür dünyaya baxmışam, sənin səsini eşidəndə bildim ki, mən səhv səslər eşitmişəm... Sən tamam başqa cür dünya idin... Mən səni sevəndə bildim ki, dünya adlı tapmacanın mənası sən demə elə sevgi imiş .. Sənsən.. Bizik.. Gözlərin çox mənalı və çox saf idi, mənə baxışın yeni günün yaranmasını, günəşin yeni doğuşunu xatırladır... Sənin gözlərin çox şeydən xəbər verirdi ki, onu dilə gətirmək, onu sözlə ifadə etmək mümkün deyil... Gözlərin gülür... Düşünürsən.. Ancaq gözlərin çox şey danışır... Bir anda sakitçilik pozulur ve gözəl bir həzin musiqi başlayır - sevgimizin ilk musiqisi.. Bir az romantiklik.. Bir az utancaqlıq... Bu mahnı bizi həyata bağlayır sanki. "Lunnaya Sonata" bizə dünyanı gəzdirir... Bu musiqi çox şeydən bəhs edir... Bizi bir müddət bir-birimize bağlayır... Mən sənin gözlərində yeni sevgini, yeni həyatı görürəm... Artıq mən səni yadımdan çıxarda bilmirəm, sən artıq bütün ürəyimi işğal etmisən... Səni mən özlüyümdə öz firçalarımla təsvir edirəm... Sən gözəl.. Saf.. Və...Və gözünün qəmli olmağı... Rəsmi sənə göstərirəm... Bu rəsm sevgimizin ilk rəsmidir ... Və son... Sən öz göz yaşlarınla rəsmi tamam başqa cür bəzəyir, gözlərinin gözəlliyi ilə rəsmi daha da gözəl edirsən... Və rəsm sona çatır... Həzin musiqi kəsilir... Və sən bir anlıq itirsən... Və başa düşürəm ki, sən mənim deyilsən... Və itirsən... Ancaq mən səni tapacam... Və musiqi qaldığı yerdən davam edəcək...
|